Nida.az
Reyqanın adamı, “907-ci düzəliş”, biznesmen siyasətçi – Qorbaçova müraciət edənlərin erməni işbirliyi
1990-cı il 20 Yanvar qırğınlarının törədilməsi ərəfəsində SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edən konqresmenlərin ermənilərlə əlaqələri haqda maraqlı faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, 1990-cı il “Qanlı
Yanvar”dan öncə Qorbaçova göndərilən müraciəti ABŞ-ın indiki dövlət
katibi Con Kerri və senatorlar Kleyborn Pell, Pit Uilson, Pol
Seymak, Lerri Breksler imzalayıb.
“Azərbaycana göndərilən sovet zabitləri baş verənləri vətəndaş
müharibəsi kimi dəyərləndiriblər. Sizdən xahiş edirik ki, erməni
azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər
zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik
ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək
istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid
edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini
yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və
digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş
verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla
birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan
hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini
təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub.
Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək
siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu
ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını
alasınız”, - deyə müraciətdə bildirilir.
Publika.az müraciətə imza atan senatorlarla bağlı araşdırma
aparıb.
Con Kerri: Bu şəxs dövlət katibi olmamaışdan öncə
Senatda erməni dəstək qrupunun üzvü olub. Xarici əlaqələr
komitəsinin sədri kimi dəfələrlə ermənilərin maraqlarına cavab
verən mövqe nümayiş etdirib. Qorbaçova ünvanlanan riyakar
müraciətdən iki il sonra Con Kerri Konqresdə Azərbaycana qarşı
məşhur “907-ci düzəliş”in müəllifi olaraq tarixə düşüb. 1992-ci
ilin 24 oktyabr tarixində bu düzəliş Konqresdə təsdiqlənib. Həmin
vaxt yeni müstəqillik qazanmış dövlətlərə ABŞ 460 milyon dollar
yardım ayırırdı. Con Kerrinin sayəsində müstəqilliyinə yeni
qovuşmuş Azərbaycana bir sent belə ayrılmadı. Ermənistanın təcavüzü
ilə üzləşən Azərbaycana yardım edilməməsində Con Kerrinin
ermənipərəst mövqeyi xüsusi rol oynadı.
Təsadüfi deyil ki, Kerri dövlət katibi təyin olunarkən bəzi
ölkələrin mediası “ermənipərəst dövlət katibi” manşeti ilə
çıxdı.
Kerri Dövlət katibi postuna təyin olunan kimi Amerikanın milli
erməni komitəsi ona müraciət ünvanladı. Müraciətin formasından da
ermənilərlə Kerrinin arasından “su keçmədiyi” görünürdü.
Müraciətdə ermənilər Kerrinin hələ Senatda işlədiyi dövrdə
ustalıqla irəli sürdüyü bütün məsələlərlə bağlı hərtərəfli
əməkdaşlığı davam etdirəcəyinə inandıqlarını vurğulayıblar. Daha
sonra Ermənistan-Amerika münasibətləri, qondarma “Dağlıq Qarabağ
respublikası”, Suriyadakı ermənilərin təhlükəsizliyi və Türkiyənin
uydurma “erməni soyqırımı” tanıması üçün ABŞ-ın susdurmaq
siyasətinə son qoyulacağına ümid etdiklərini bildiriblər.
Pit Uilson: Onun haqqında məlumat az olsa da,
Amerika erməniləri ilə əlaqələri faktdır. Vaxtilə Reyqan
administrasiyasında təmsil olunan Uilson Kaliforniyada seçki
kampaniyasını təşkil etmək tapşırığı alıb. Reyqan bu ştatda
nüfuzunun aşağı olmasından narazı idi. İctimai sorğular da Reyqanın
nüfuzunun rəqibləri ilə müqayisədə aşağı olduğunu göstərib və
problemi yoluna qoymaq tapşırığı Pit Uilsona verilib.
Uilsonun ilk dövrlər apardığı iş Reyqanı qane etməyib. ABŞ mediasının Uilsonun tərcümeyi-halı haqda yazdığı məlumatlarda da Reyqanın ona ciddi əsəbiləşdiyi deyilir.
Vəziyyətin çətin olduğunu görən Uilson ştatın erməni icmasına üz
tutub. Məlumatlara görə, Kaliforniya erməniləri onun çağırışını
eşidib və Reyqan ciddi səs toplaya bilib.
Daha sonralar Pit Uilsonun Kaliforniya qubernatoru seçilməsində də ermənilərin rolu böyük olub. Erməni icması ona təkcə səslə yox, maliyyə ilə də kömək edib.
Məlumat üçün deyək ki, Amerikada Kaliforniya ştatı ermənilərin ən çox kompakt şəkildə yaşadığı ştatdır.
Pell Kleyborn: Rod-Aylend ştatından nə az, nə çox,
düz 6 dəfə seçilib. Bu seçkilərdə onun ən ciddi elektorat
qruplarından biri kimi ABŞ erməniləri göstərilir. Hazırda Amerika
kollec tələbələrinin sponsoru kimi məşhur olan Pellin erməni icması
ilə biznes əlaqələrinin olduğuna dair xəbərlər var.
Qorbaçova ünvanlanan müraciətə imza atan digər senatorlar haqda
ətraflı məlumat əldə edə bilməsək də, onların zaman-zaman
erməniləri dəstəkləyən çıxışlar etdiyi məlumdur.
Asif Nərimanlı
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı