Nida.az
Prezident İlham Əliyev: "2000-dən artıq soydaşımız erməni terrorunun qurbanı olub"
Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin
qeyri-formal toplantısı keçirilib.
“Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak
edib.
Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən
terror hallarına toxunub. Terrorizmin müxtəlif təzahürləri ilə
mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan
tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror
aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın
qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT
Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı
iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu
vurğulayıb.
Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycan hər zaman
terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və
antiterror koalisiyasının fəal üzvlərindən olub.
X X X
Yanvarın 23-də Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
başa çatıb.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO