Nida.az
Azərbaycanda hərbi təyinatlı silahların reklamı ilə bağlı qadağa
Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir.
Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bu, parlamentin fevralın 2-də keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanun layihəsində nəzərdə tutulub.
Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.
İcazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər.
Qanun layihəsi priotexnik vasitələrin də reklamını qadağan edir.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO
-
Hadisə3 Dekabr 22:48
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
-
İdman3 Dekabr 22:36
Ayağı bir neçə yerdən sınan futbolçu ilə bağlı daha bir ÜZÜCÜ XƏBƏR
-
Sosial3 Dekabr 21:48
Bu rayonda vəzifəli şəxs işdən ÇIXARILDI
-
Magazin13 Dekabr 21:24
"Kamerton" Gülnarə illər sonra efirdə - VİDEO
-
İdman3 Dekabr 19:48
Azərbaycan kuboku matçında BƏDBƏXT HADİSƏ