4009 Azərbaycan vətəndaşı itkin düşüb
Bizi izləyin

Nida.az

4009 Azərbaycan vətəndaşı itkin düşüb

2014-cü il dekabrın 10-na olan məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Firudin Sadıqov komissiyanın iclasında bildirib.

Onun sözlərinə görə aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Müharibə dövründə 20 minədək Azərbaycan vətəndaşı həlak olub, 60 mindən çox vətəndaş isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm