Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan qovuldu - QARŞIDURMA
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan qovuldu - QARŞIDURMA

Müsavat Partiyasının tanınmış fəallarından olan Ənvər Əhməd partiya sıralarından xaric edilib.


Publika.az-a açıqlamasında Ə. Əhməd qeydiyyatda olduğu Sumqayıt şəhər təşkilatı şurasının qərarı ilə partiyadan xaric edildiyini bildirib.


“Səbəb kimi partiyanın ideoloji xəttinə zidd fikirlər səsləndirdiyimi göstərirlər. Lakin mən qurultayın nəticələrini legitim hesab etmədiyim üçün bu addımı atdılar. Çıxarılmağımla bağlı qeyri-legitim hesab etdiyim MNTK-ya və Məclisə şikayət etməyəcəm”, - deyə o bildirib.


Qeyd edək ki, Ə. Əhməd Qubad İbadoğlunun təsisçisi olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.


ADR üzvü, eyni səbəblərlə Müsavatdan çıxarılan Səxavət Əlisoy Publika.az-a açıqlamasında Ə. Əhmədin saxtakarlıqla barışmadığı üçün partiyadan çıxarıldığını deyib: “Ənvər Əhməd yox, saxtakar Arif Hacılı Müsavat Partiyasından xaric edilməlidir. Bu adam özünü raykom katibi kimi aparır, özünü və patronunu qəbul etməyənləri partiyadan kənarlaşdırır. Adam anlamaq istəmir ki, fikir ayrılığına görə kimisə cəzalandırmaq olmaz. Plüralizmi həzm etməyən kəsin özünü demokrat adlandırması biabırçılıqdır”.


Onun sözlərinə görə, Müsavat anti-demokrat zehniyyətə sahib olan adamların əlindədir.


“Ənvər Əhməd saxtakarlıq edib? Etdiyi saxtakarlığa rəğmən, Müsavatı parçalamağa məruz qoyub? Partiyada avtoritar mühit formalaşdırıb? Yaxud intriqaların və maliyyə fırıldaqlığının başında dayanıb? Vicdanı olan kəs bu suala obyektiv cavab verməlidir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm