Nida.az
“Satılmısan”, “mənəviyyatsızsan” dedilər – AXCP və Müsavat yenə dava etdi
“Mübarizənin ön cəbhəsində olmağa iradəsi çatmayanlarla yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət və reallığa söykənmir”.
Publika.az xəbər verir ki, bu barədə AXCP sədri
Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Müsavatla əməkdaşlıq
məsələsinə toxunarkən deyib.
F. Qəhrəmanlı Milli Şuranın ölkədə müxalifət düşərgəsini bütünlüklə
özündə birləşdirdiyini iddia edib: “21 nəfərlik tərkib təkcə
müxalifətin deyil, bütövlükdə cəmiyyətin demokratik elitasının
Milli Şurada birləşdiyini göstərir. Bu tərkibdə həm ziyalılar, həm
siyasətçilər, həm də vətəndaş cəmiyyətinin tanınmış isimləri var.
Milli Şura hakimiyyətə qarşı mübarizə aparanların birliyidir. Ona
görə də Milli Şura ilə birlikdə olmağa iradəsi çatmayan, təzyiqlərə
görə qurumu tərk edənlər təkcə müxalifətin birliyindən deyil, həm
də xalqın inamından özlərini kənarlaşdırıblar. Birlik mexaniki
məfhum deyil, hakimiyyətə, siyasi mübarizəyə münasibətdə ortaq
prinsip və baxışlara söykənməlidir”.
F. Qəhrəmanlı iddia edib ki, bütün həlledici məqamlarda mübarizə
aparanları meydanda buraxıb aradan çıxanlarla bir sırada olmaq
yenidən parçalanmalara və iqtidardan qaynaqlanan daxili intriqalara
gətirib çıxara bilər.
“Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda
buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb
hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda
müxalifətin birliyini parçalamaq müqabilində iqtidardan mandat
almağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq”, - deyə o, Müsavat
başqanı Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq təklifini şərh
edərkən bildirib.
F. Qəhrəmanlı Müsavatın sosial bazasının olmadığını da bildirib:
“Ötənilki mitinqlər də göstərdi ki, partiya adları daşımaq hələ
qüvvə olmaq demək deyil. Bu baxımdan, Milli Şuradan kənarda meydana
sosial bazasını çıxara bilən, cəmiyyətin etimad göstərdiyi qüvvələr
yoxdur. Ona görə də qarşılıqlı etimad prinsipi üzərində qurulmuş və
sınaqdan çıxmış insanların birliyi olan Milli Şuranın bu gün
alternativi yoxdur. Unutmayaq, etibarsızlar hər dəfə həlledici
məqamlarda ön cəbhəni tərk edərək, həm də cəmiyyətin inamına böyük
zərbələr vurublar. Bu səhvlərə bir daha imkan verməyə haqqımız
yoxdur”.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı F. Qəhrəmanlının
ittihamlarına sərt reaksiya verib.
Məclis sədri Publika.az-a açıqlamasında AXCP-ni
mənəviyyatsızlıqda ittiham edib: “Müsavatı bu məsələdə ittiham
etmək ən azı mənəviyyatsızlıqdır. Onsuz da cəmiyyət Müsavatı da,
AXCP-ni da yaxşı tanıyır. Cəmiyyət onların heç bir sözün inanmır.
Yalnız özləri deyib, özləri eşidirlər”.
N. Sadıqlı Müsavat partiyasının həmişə təmiz siyasət apardığını
bildirib.
“Müsavat indiyə qədər heç bir separat danışıqlara getməyib. Partiya
həmişə ölkənin demokratik inkişafı üçün çalışıb. Heç kim, o
cümlədən AXCP bizə qarşı belə mənasız ittihamlar irəli sürə bilməz.
Bu ittihamı irəli sürənlər öz içlərinə, əməllərinə, keçmişlərinə
baxsınlar”, - deyə Məclis sədri qeyd edib.
Asif Nərimanlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi