Nida.az
İsa Qəmbər-Arif Hacılı ittifaqının gizlinləri – ŞOK İTTİHAMLAR
Müsavat Partiyasının keçmiş üzvü Əlövsət Talışxanlı partiya başqanı Arif Hacılı və keçmiş başqan İsa Qəmbəri sərt tənqid edib.
Publika.az xəbər verir ki, Ə. Talışxanlı Müsavatda
baş verən son hadisələrlə bağlı sosial şəbəkələrdə geniş açıqlama
yayıb.
“Bunun adı tarixə “İsa Qəmbər nəzəriyyəsi” kimi
düşəcək”
Talışxanlı Müsavat rəhbərliyinə daxil olan şəxslərin açıqlamalarına
əhəmiyyət vermədən bütün gücünü Azərbaycan Demokratiya və Rifah
(ADR) hərəkatının quruculuğuna həsr etməyi düşündüyünü yazıb. Lakin
bəzi ittihamlar onu cavab verməyə məcbur edib: “Ünvanımıza deyilən
yeni-yeni böhtanlar, yalanlar, uydurmalar bu istəyimin həyata
keçməsinə imkan vermir. Məcbur olub kimlərəsə cavab verirsən. Mən
qurultay nümayəndəsi olaraq Müsavatın VIII qurultayında iştirak
etmişəm. Arif Hacılının başqanlığa namizəd olaraq etdiyi proqram
çıxışı yaxşı yadımdadır.
O, çıxışında hər iki cümlədən birində “mən”, “İsa Qəmbər”, “Əbülfəz Elçibəy” sözlərindən istifadə etməklə keçmiş zamanda baş vermiş hadisələrdən danışırdı. Lakin bir kəlmə də olsun nə Qarabağ problemindən danışılır, nə də hakimiyyətin tənqidindən söhbət gedir. Görünür, biz kəşf olunmuş yeni bir nəzəriyyə ilə tanış olmuşuq. Bunun adı tarixə “İsa Qəmbər nəzəriyyəsi” kimi düşəcək .Yəni hakimiyyəti tənqid etmədən, xalqı narahat edən əsas problemlərdən danışmadan da müxalifət partiyasının başında olmaq olar. Bu yeni nəzəriyyə ilə müxalifəti öz ətrafında birləşdirib hakimiyyətə “gəlmək” də olar”.
“Bəs niyə o ifşa olunaraq bu qurumdan
kənarlaşdırılmır?”
Ə. Talışxanlı keçmiş başqan İsa Qəmbərə qarşı sərt ittihamlar irəli
sürüb.
“İsa Qəmbər nədənsə bizi - Qubad İbadoğlu və tərəfdarlarını
hakimiyyətlə işbirliyində ittiham edir. Bu ittiham etdiyi insanlar
neçə illərdir onunla çiyin-çiyinə mübarizə aparırdı. Əgər bizlərin
doğrudan da hakimiyyətlə əlaqələrimiz varsa və İsa Qəmbərin bundan
xəbəri olmayıbsa, bu pisdir. Əgər hakimiyyətlə əlaqələrimizdən
xəbərdar olub, partiyadaxili müzakirəyə çıxarmayıbsa, bu daha
pisdir. Yeri gəlmişkən, Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik
etdiyi Milli Strateji Düşüncə Mərkəzinin üzvüdür. Bildiyim qədər
onun yığıncaqlarına da qatılmır. Bəs niyə o ifşa olunaraq bu
qurumdan kənarlaşdırılmır? Yəqin İsa Qəmbər gözləyir ki, Qubad
İbadoğlu özü oradan istefa versin və yalnız bundan sonra onun
xəyanətkar olduğunu, hakimiyyətə işlədiyini dilə gətirsin. Son
zamanlar ayrı-ayrı şəxslər deyil, partiya sədrlərinin də
hakimiyyətlə sövdələşmək istədiyini deyə bilərəm. Parlament
seçkilərinə çox vaxt qalmayıb. Zaman özü hər şeyə aydınlıq
gətirəcək”, - deyə o vurğulayıb.
“İsa Qəmbər Müsavatı və özünü bataqlığa
sürükləyib”
Ə. Talışxanlı İsa Qəmbərin Arif Hacılını seçməklə və qurultay
sonrası açıqlamaları ilə Müsavatı və özünü bataqlığa sürüklədiyini
bildirib: “Bataqlığa düşənin istənilən kiçik hərəkətinin isə onu
hara apardığını hamı yaxşı bilir. Kənardan müdaxilə olmasa, sonuc
yaxşı olmayacaq . Bu müdaxilə isə yalnız Müsavat Partiyasının
üzvlərinin birgə səyi nəticəsində edilə bilər. Partiyanı xilas
etməyin, onun nüfuzunun bərpasının yeganə yolu cəmiyyətdə nüfuzu
olan bir nəfərin başqan olmasındadır. Qəribədir ki, qurultayda və
qurultaydan sonra səslənən ittihamların çoxu MNTK-ya yönəlib.
Bu qurum gah fəaliyyətsizlikdə, gah da tərəf olmaqda günahlandırılır. Fəaliyyətsiz bir orqan necə tərəf ola bilər? Özlərinin dediyi kimi “10 ildə 5 dəfə Müsavatın qapısını açmayanlar” necə qeyri-obyektiv qərar qəbul edə bilərdi? Əgər MNTK bizim vaxtımızda tərəf olubsa, onda qrup maraqlarına uyğun olan bircə qərarı açıqlasınlar. MNTK-nın iclas protokolları Müsavatın qərargahındadır, buyurub araşdırsınlar. MNTK-nı icra aparatının işçiləri ilə müqayisə etmək isə lap absurddur. Çünki MNTK qurultayda seçilir və onların hər biri hansı namizədi müdafiə edəcəyində sərbəstdir. Düzdür, MNTK üzvlərinin əksəriyyəti Arif Hacılını başqan kimi görmürdülər. Bunun da səbəblərindən biri Arif Hacılının təşkilat məsələləri üzrə başqan müavini seçiləndən sonra öz qrupunun maraqlarına uyğun qərarların qəbul edilməsinə çalışması olmuşdu”.
“Arif Hacılı ilə konfliktdə olanların əksəriyyəti
partiyadan gedib”
Müsavatın keçmiş üzvü partiyanın bərpasından bu günə kimi yaranmış
bütün konfliktlərin bir tərəfində Arif Hacılının olduğunu deyib.
Onun sözlərinə görə, hazırki başqanla konfliktdə olan
müsavatçıların əksəriyyəti partiyanı tərk edib.
“Biz isə partiyanın maraqlarına və nizamnaməyə uyğun olaraq
səlahiyyətlərimiz çərçivəsində bunun qarşısını alırdıq. 2006-cı
ildən sonra İsa Qəmbərin müqaviməti ilə qarşılaşdıq. MNTK-nın
fəaliyyətinin zəifləməsinin səbəbi də bu oldu. Bir vaxtlar yüz
minlərlə insanı küçələrə çıxaran 22 illik partiya sonuncu mitinqə
220 nəfər adam çıxarırsa, bunun məsuliyyəti kimin üzərinə düşür?” -
Ə. Talışxanlı qeyd edib.
Asif Nərimanlı
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir
-
Sosial14:02
Azərbaycanda gənc əsgərlərlə görüş qadağan edildi