Nida.az
Azərbaycan: təzyiqlərin səbəbi və inkişaf perspektivləri – 11 ilin mənzərəsi
XXI əsrin ikinci onilliyi dünya nizamında ciddi eroziyalarla müşahidə olunur. 2008-ci ildən başlanan iqtisadi böhrandan 6 il keçməsinə baxmayaraq, bir sıra ölkələr hələ də çətinliklərlə üz-üzədir. İqtisadi böhranın zərbəsi başa çatmamış, siyasi böhran başladı. Bu gün Yaxın Şərqdə, Ukraynada münaqişə hər keçən gün ciddi şəkildə qızışır. Münaqişələr fonunda neftin qiyməti sürətlə aşağı düşür. Dünyanın bir parçası olan Azərbaycan üçün də baş verənlər maraqlıdır. Lakin pozulan dünya nizamı fonunda Cənubi Qafqazın lider ölkəsində vəziyyət öz fərqli cəhəti ilə seçilir. Azərbaycanda iqtisadi durum inkişaf edir, sabitlik qorunur, xüsusilə sosial durum kifayət qədər müsbətdir. Təbii ki, burda ilahi faktor axtarmaq sadəlövhlük olardı. Səbəb çox sadədir: Xalq-iqtidar vəhdəti, xalqın seçdiyi şəxsin bu ölkə üçün gecə-gündüz çalışması və ölkənin resurslarından səmərəli, ağıllı şəkildə istifadə.
Dünyanın pozulan nizamı və irəliyə addımlayan
Azərbaycan
Dünyanın ümumi mənzərəsi fonunda Prezident İlham Əliyevin
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan
konfransda çıxışı diqqət çəkir.
Dünyadakı qeyri-sabit vəziyyətə toxunan dövlət başçısı bu mənfi
amillərə rəğmən, Azərbaycanın inkişaf etdiyini, insanların rifah
halının yaxşılaşdığını bildirib: “Regionlar sürətlə inkişaf edir.
Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.
Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki
Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün
təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün
addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Bu gün Azərbaycan
nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və
dünyada bizə olan maraq artır”.
2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci
proqramın qəbul edilməsini tarixi hadisə adlandıran Prezident bu
proqramın 5 il ərzində uğurla icra edildiyini diqqətə çatdırıb.
“O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaq. Ancaq ondan daha çox iş yeri yaradıldı. O vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər öndə idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. O proqram da artıqlaması ilə icra edilib. Bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bölgələrdə elektrik enerjisi, yol olmadan bu necə icra edilə, müəssisə necə yaradıla bilərdi?” - deyə dövlət başçısı vurğulayıb.
Ölkənin iqtisadi və siyasi mənzərəsi hər şeyi açıq şəkildə
göstərir. Təkcə son 11 il ərzində ümumi daxili məhsul 3,4 dəfə,
sənaye istehsalı 2,7 dəfə artıb. Bu müddətdə iqtisadiyyata 180
milyard dollar həcmində sərmayə yatırılıb. 2004-cü ildən bu günə
qədər valyuta ehtiyatları 1,8 milyard dollardan 50 milyard dollara
çatıb. Bu, təxminən 30 dəfə artım deməkdir.
Son 11 il: nələr qazanmışıq?
Prezident İlham Əliyev də son 11 il ərzində Azərbaycanın dünya
miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə
olduğunu bildirib: “Bu gün bizim valyuta ehtiyatlarımız xidmət
edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu
öz gündəlik həyatında hiss edir. Bu, bizə böyük inam verir, eyni
zamanda, kredit reytinqlərimizi artırır. Bu həm də istənilən
xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır.
Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki
milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu illər
ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb. Onlardan 1 milyonu
daimi iş yeridir. Əhalinin sayının artması tələb edir ki, iş
yerlərinin açılması daimi proses olsun. Aparılan tədbirlər
nəticəsində işsizlik 5 faizə düşüb, yoxsulluq da 5 faiz
səviyyəsindədir”.
Dövlət başçısı son 11 il ərzində ümumi gücü 2400 meqavat olan 23
elektrik stansiyasının tikildiyini bildirib: “Əgər bunlar
yaranmasaydı, ölkəmizin üçdə bir hissəsi bu gün işıqsız qalacaqdı.
Son 11 ildə 64 min müəssisə yaradılıb. Ona görə elektrik enerjisi
ilə təchizat təmin edildi. Bütün şəhərlərdə qazlaşdırma yüz faiz
səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Qazlaşdırma
Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz üçüncü proqramın
sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.
Son 11 il ərzində 10 min kilometr yol çəkilib, magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilib. Bölgələrdə 6 aeroport tikilib. Onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası istifadəyə verilib”.
Prezident diqqətə çatdırıb ki, ciddi iqtisadi islahatlar ciddi
sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə
islahatlara o qədər də böyük dəstək olmayacaq: “2004-cü ildə
Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565
dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır.
Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla
icra edilib. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir
edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər
mərkəzi yaradılıb. Son on bir il ərzində məcburi köçkünlər üçün 84
qəsəbə salınıb. 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə
köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard
dollar vəsait ayrılıb”.
Dövlət başçısı bütün şəhərlərin dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun şəkildə 24 saat içməli su ilə təmin
ediləcəyini də bildirib: “Artıq bir neçə şəhərdə bu layihələr başa
çatıb. Bu da tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
gəlirlərindən əldə edilmiş vəsaitlə Oğuz-Qəbələ-Bakı su kəməri
tikilib. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt
qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan
layihələrdir. İndi Bakının su ilə təminatı 78 faizə çatıb. 2004-cü
ildə bu, 29 faiz idi. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il
bundan əvvəl bəlkə 10-15 faiz idi. İki nəhəng meliorasiya
meqalayihəsini icra etmişik – Şəmkirçay və Taxtakörpü su anbarları.
Onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu
kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək”.
Azərbaycanla diktat dilində danışanlar və ya əsassız
təzyiqlərin arxasında dayanan amil
Lakin bu inkişaf fonunda “Azərbaycanın uğurlarına hər kəs
sevinirmi” sualı da daim gündəmdədir. Azərbaycana müxtəlif
formalarda edilən əsassız təzyiqlər ölkənin inkişafına
sevinməyənlərin olduğu faktını da təsdiqləyir. Təəssüf ki, dünyada
müəyyən qüvvələr hansısa ölkənin müstəqil siyasət aparmasına,
iqtisadi inkişafına, daha dəqiq desək öz ayaqları üzərində
dayanmasına qarşıdır. Təbii ki, bunun alt qatında bütün ölkələri
özlərindən asılı vəziyyətə salmaq niyyəti dayanır. Lakin rəsmi Bakı
bu prinsiplərə tabe olmaq kimi fikrində deyil. Xalqın rifahına
yatırılan investisiyalar, xarici siyasətdə ölkənin maraqlarına
uyğun müstəqil addımlar atılması bunu əyani şəkildə göstərir.
“Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzi hallarda
əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı
kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna
gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər
şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir.
İqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən
çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq”, - deyə
dövlət başçısı ölkəmizə olan təzyiqləri aydın dildə açıqlayıb və
bundan sonra da milli maraqlar naminə eyni siyasətin davam
etdiriləcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında bu qüvvələrə sərt şəkildə
xəbərdarlıq da etdi: “Heç kim bizimlə diktat dili ilə danışa
bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz
sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında
başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik. Bəzi ölkələr
ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi
hakimiyyətə gəlmək naminə çoxlu vədlər veriblər - maaşları on dəfə
qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. Onlar da
hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər.
Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə
saldılar. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət
daşıyır”.
Onlar daha nökər də deyil, onlar...
Dövlət başçısının sözlərindən çıxış edərək belə ölkələr
kateqoriyasında Ermənistanı bariz nümunə olaraq göstərmək olar. Bu
ölkə ciddi sosial-iqtisadi uçurumun qarşısındadır. Halbuki,
İrəvanın xunta rejimi hakimiyyətə gələrkən sadə erməniyə yüksək
vədlər vermişdi. Lakin hər şey onların vədlə aldatdıqları sadə
insanların cibinə girəndə məlum oldu.
Ermənistan ekspertlərinin özləri də etiraf edirlər ki, ölkələri
ciddi iflasa uğrayıb və xarici yardımlar olmasa, qısa zamanda
uçuruma yuvarlana bilərlər.
İqtisadi cəhətdən məhv olan Ermənistan siyasi baxımdan da asılı vəziyyətdədir. Biz tez-tez beynəlxalq ekspertlərin dilindən bu ölkənin forpost, əlaltı, nökər olduğuna dair fikirlər eşidirik.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev isə Ermənistanın heç
nökər adına da layiq olmadığını vurğulayıb.
“Ermənistan nəinki müstəmləkə vəziyyətindədir, hətta o, bəlkə heç
nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən
tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün bunlar nə
qədər aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə
bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil yaşaya bilmir.
Müstəmləkə kimi yaşaya bilər”, - deyə dövlət başçısı bildirib.
Qərbin böyük layihəsinin iflası və Avropanı xilas edən
Bakının təşəbbüsü
Düşmən ölkənin iflası fonunda Azərbaycan ciddi şəkildə irəliləyir.
Rəsmi Bakı öz ölkəsini heç bir xarici qüvvədən asılı olması ilə
razılaşmadı və tezliklə buna nail oldu. Bu gün Azərbaycan dünyanın
enerji xəritəsində şəxsi təşəbbüskar kimi çıxış edir.
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP,
“Cənub” qaz dəhlizi layihələri regionun, Avropanın enerji
xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu
layihələr son 9 il ərzində icra edilib. Mən vaxtilə şəxsən
“Nabukko” layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq
tədbirdə iştirak etmişəm. Orada müzakirədən başqa heç nə yox idi.
Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı
da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə
ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi
üçün yol açıldı”, - deyə dövlət başçısı bu barədə danışarkən
diqqətə çatdırıb.
Qarşıdakı dönəm: ciddi tapşırıqlar, vacib
prioritetlər
Prezident İlham Əliyev çıxışında gənc nəslin milli ruhda tərbiyə
almasının vacibliyini vurğulayaraq, bununla bağlı bir sıra
tapşırıqlarını verib.
Dövlət başçısı qarşıdakı dönəmdə yerinə yetirilməsi vacib olan məsələlərlə də toxunub.
“Biz regionların inkişafına dair üçüncü proqramı da 2018-ci ilə
qədər uğurla icra etməliyik. Proqramı icra etmək üçün bütün
cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq.
Bu proqramın icrası məsələsi böyük dərəcədə rayon və şəhərlərin
icra hakimiyyəti başçıları və tanınmış biznes strukturlarının
fəaliyyətindən asılı olacaq. Böhranla, iqtisadi, maliyyə böhranı
ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq
biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Biz vaxtında
bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış
etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoş gəlmək üçün
addımlar atmamışıq”, - deyə Prezident bildirib.
Onun sözlərinə görə, 2015-ci il Azərbaycanda uğurlu il kimi tarixdə
qalacaq: “Kifayət qədər geniş həcmli Dövlət İnvestisiya Proqramı
qəbul edilib. Əminəm ki, proqram icra ediləcək və 2015-ci il də
Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq. Bizim makroiqtisadi
göstəricilərimiz çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz
olub, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7
faiz artıb. Manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki,
neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş
makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu
böhranı hiss etməsinlər. İnflyasiya çox aşağı səviyyədədir, manat
ildən-ilə öz dəyərini artırır. Biz bu məsələyə baxmalıyıq. O vaxt
pul islahatını apararkən bir manat bir dollara bərabər idi. İndi
isə bir manat bir avrodan daha da bahalıdır. Hesab edirəm ki, bir
manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin
ediləcək”.
Dövlət başçısı ölkənin xarici borcuna da toxunub. Bildirib ki, bu
borc bir günün içində də ödənilən bilər.
Prezident İlham Əliyevin ciddi tapşırıqları sırasında israfçılığın
qarşısının alınmasına xüsusi diqqət çəkib. Dövlət başçısı xərclərin
azaldılacağını, lakin sosial layihələrin əvvəlki kimi davam
edəcəyini bildirib.
“Neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir
göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta
ehtiyatlarımızı artıra bilməyəcəyik. İnvestisiya proqramına ancaq
prioritet məsələlər salınır. Ciddi maliyyə nəzarəti aparılmalıdır.
İsrafçılığa, ümumiyyətlə yol vermək olmaz. Hər bir vəsaitdən böyük
səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi
vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun. Neftlə zəngin
olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz
büdcələrini, xərcləri böyük dərəcədə ixtisar edirlər.
Prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur layihələri, sosial layihələr”, - deyə o, vurğulayıb.
Bank sektorunda ciddi islahatların aparılması ilə bağlı tapşırıqlar
verən Prezident İlham Əliyev hər bir rayonda sənaye zonasının
yaradılması haqda da danışıb: “Artıq yaxın zamanlarda bu proses də
başlayacaq. Azərbaycanda texnoparklar yaradılması prosesi sürətlə
gedir. Sənaye klasterləri yaradılır. Böyük, nəhəng sənaye
obyektləri tikiləcək. Xüsusilə, metallurgiya kompleksi bizim üçün
yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var,
ixrac imkanları da kifayət qədər genişdir. Böyük metallurgiya
kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət
yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu
Azərbaycanda istehsal etsin və biz idxaldan asılılığımızı azaldaq.
Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye
şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın
üçüncü böyük sənaye şəhərinə çevriləcək. Azərbaycan indi kiçik ölkə
sayıla bilməz. Əhali təxminən 10 milyona yaxınlaşır. Biz əhalinin
sayına görə orta səviyyəli ölkəyik.
Gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İndi bazarlar uğrunda mübarizə gedir. Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar. Biz də bunu edirik və etməliyik”.
Dövlət başçısı siyasi hakimiyyətin biznesi dəstəkləməsinin
vacibliyini vurğulayıb: “Səfirlərimizə də tapşırmışam, gedin,
çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki,
öz ixrac məhsulları ilə o bazarlara girsinlər. İş adamları artıq
rəqabətqabiliyyətli sənaye müəssisəsi yaratmalıdır. Hansısa bir
məhsulla özümüzü yüz faizdən çox təmin ediriksə, indi buna bənzər
başqa eyni sənaye müəssisəsinin yaranmasına nə ehtiyac var? Demək
olar ki, biz özümüzü əsas tikinti materialları ilə təmin etmişik və
ona görə də ixrac edirik. İxracı təşviq sistemi yaradılmalıdır. Bu,
sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz
məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə
güzəştlər olacaq”.
Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübənin tətbiq
edilməsinin vacibliyini qeyd edən dövlət başçısı Avropa bazarlarına
da çıxmağın və ölkədə “Yaşıl market”lərin yaradılmasının vacib
prioritetlərdən olduğunu bildirib.
Dövlət başçısı “Elektron kənd təsərrüfatı” layihəsinin tətbiq edilməsi üçün də tapşırıqlarını verib.
“Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə
verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. İndi peykimizin
olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə
artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Kənd təsərrüfatı
məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə
quraqlıqla bağlı deyil. Çünki əvvəllər subsidiyalara görə qiymətlər
şişirdilib. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Bütün
işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş
aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin
oluna bilər”, - deyə dövlət başçısı səhvə yol verənlərin ciddi
şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunan Prezident
İlham Əliyev Azərbaycan modeli olan “ASAN xidmət”in uğurlarından da
danışıb.
“Azərbaycan vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə
olmalıdır. Xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə
edib. Biz məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar
yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar
xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci
xidmətçiyəm. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə
yanaşmaq lazımdır. Etimadı doğrultmayan məmurlar bundan sonra da
cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən
mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir
yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə
sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”, - deyə dövlət
başçısı son xəbərdarlığını edib.
Prezident İlham Əliyev Azərbaycanın inamlı, uğurlu inkişafının
bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ