Nida.az
Vilfrid Furman: “Rusiyaya qarşı sanksiyalar işğalçı Ermənistana qarşı da tətbiq edilməlidir”
“Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı da tətbiq etməlidir”.
Publika.az xəbər verir ki, bu barədə Almaniyalı
professor Vilfrid Furman deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsindən 20 il keçməsinə
baxmayaraq, dünya birliyi bu haqda heç vaxt danışmayıb. Almaniyalı
professor məsələyə beynəlxalq hüquq prinsipindən yanaşır: “Burda
iki mühüm məsələ var. Birincisi beynəlxalq hüquqda dəstəklənən
xalqların öz müqəddəratını təyin etmə prinsipidir. Münaqişədə bu
məsələ həmişə əsas götürülüb.
Lakin Dağlıq Qarabağda azərbaycanlıların qətlə yetirilməsi və Ermənistanın mühafizəsi altında bu ərazilərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın yaradılmasına çox vaxt göz yumurlar. İkinci mühüm məsələ ərazi bütövlüyünü toxunulmazlığıdır. Bu məsələ bütün dünya dövlətləri tərəfindən dəstəklənsə də, sərhədlərin pozulması ilə nəticələnən güc tətbiqindən yayınmırlar və bu, bir çox hallarda dövlətlərin xarici maraqlarına xidmət edir. Bir çox hallarda güc tətbiqi ilə pozulan ərazi bütövlüyünü diplomatik yolla bərpa etməyə üstünlük verilir.
Burda isə mütləq öz müqəddəratını təyin etmə prinsipi önə çıxır, yaxud məqsədli şəkildə belə edilir. Misal üçün, Yuqoslaviya parçalananda prinsip olaraq öz müqəddəratını təyin etmə əsas götürüldü. Ərazi bütövlüyü məsələsi ikinci planda idi. Dağlıq Qarabağ münaqişəsində də bəzən beynəlxalq hüququn boşluqları özünü açıq şəkildə biruzə verir”.
Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela Merkelin
Dağlıq Qarabağ münaqişəsində Rusiyanı ittiham etməsinə münasibət
bildirən professor hesab edir ki, Berlin bu məsələdə öz ölkəsinin
yox, Avropanın maraqlarından çıxış edir.
“Kanslerin Azərbaycana dəstəyi daha çox Rusiyaya qarşı hesablanmış
addım idi. Lakin o da faktdır ki, güclü Bakı Avropaya daha çox
lazımdır, nəinki Rusiyanın qanadı altına girən zəif Ermənistan.
Buna rəğmən, 20 ildir Ermənistana işğalçı olduğu üçün sanksiya
tətbiq edilmir. Mən Avropa Birliyi, yaxud Fransa və Almaniya
tərəfindən Ermənistana qarşı sanksiya tətbiq ediləcəyinə
inanmıram”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı