Nida.az
“The Washington Times”: “ABŞ Azərbaycanı tənqid etməkdənsə, öz daxilindəki problemlərə diqqət yetirsin”
“Azərbaycan ABŞ-ın etibarlı partnyorudur”.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın
“Caspian Group Holding” şirkətinin baş direktoru Rob Sübhani “The
Washington Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Müəllif 11 sentyabr terror aktından sonra Azərbaycanın dərhal ABŞ-a
dəstək verdiyini xatırladıb: “Azərbaycan Amerika əsgərləri ilə
birlikdə vuruşmaq üçün Əfqanıstan və İraqa sülhməramlılarını
göndərib. Azərbaycan Prezidenti İlham Əliyev Qərbin etibarlı enerji
partnyoru olduğunu sübut etdi”.
R. Sübhani qeyd edib ki, ABŞ-ın siyasi elitası fundamental
dəyərləri, azadlıq və insan haqlarını xatırlamalıdır: “Dünyada
artan təhdidlər bu dəyərlərə toxunmamlıdır. Bu işlər üçün Amerikaya
etibarlı dostlar lazımdır. Biz həmişə yanımızda olan
partnyorlarımızdan uzaqlaşa bilmərik. Azərbaycan məhz belə
partnyordur və ABŞ-ın minnətdarlığına layiqdir”.
Onun sözlərinə görə, əgər ABŞ Kiyevə neft çatdırmalarında
Azərbaycanı dəstəkləsəydi, Ukraynadakı böhranın qabağını almaq
mümkün olardı.
Müəllif ABŞ-ın daxili siyasətində səhvlərə diqqət çəkir.
“Barak Obamanın uğursuz idarəetməsi nəticəsində ABŞ-da orta sinfin
ixtisarı müşahidə olunur. Azərbaycan isə İlham Əliyevin rəhbərliyi
ilə 12 ildir iqtisadiyyatda çoxşaxəli inkişafa nail olub. Yanlış
seçilmiş iqtisadi kursa görə ABŞ prezidenti iş yerlərinin
yaradılması probleminin öhdəsindən gələ bilmədi. Azərbaycandan
fərqli olaraq ABŞ-da məşğulluğun yüksək səviyyəsi gözə dəymir.
Dünya Bankı Azərbaycanda yoxsulluğun kəskin düşməsini xüsusi qeyd
edir. ABŞ-ın siyasi elitası Azərbaycanı tənqid etmək əvəzinə öz
ölkəsində yoxsulluğun səviyyəsini aşağı salmağın yolları haqda
düşünməlidir”, - deyə Sübhani vurğulayıb.
Məqalədə Azərbaycan cəmiyyətinin tolerantlığı və bu ölkədə
multikulturalizmin qorunmasına da toxunulub. Müəllif yazır ki, bir
neçə həftə öncə demokratiyanın qalası hesab olunan Fransada islam
radikalları supermarketə hücum edərək dörd yəhudini öldürdü:
“Tez-tez tənqid olunan Azərbaycanda isə yəhudilər rahat yaşayır,
sinaqoqda dua edə bilirlər. Azərbaycandakı sinaqoq İsrail xaricində
yəhudilərin ən böyük dini məbədidir. Onun açılışında İsrailin əsas
ravvini iştirak etdi. Bunlara baxmayaraq, bizim KİV-imiz və
siyasətçilərimiz Azərbaycanı tənqid etməkdə davam edir.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycanda təhlükəsizliyi təmin
etdiyini, keyfiyyətli təhsil və iqtisadi artıma nail olduğu qeyd
olunur.
Asif Nərimanlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO