Nida.az
“Milli Şuranın missiyası bitib” – KXCP narazılığın səbəblərini açıqladı
“KXCP ilə Milli Şura arasında fikir ayrılığı seçkilərdə yarandı. Biz bələdiyyə seçkilərində iştirakın vacibliyini önə çəkir, qurum isə bundan imtina edirdi”.
Bu barədə Publika.az-a açıqlamasında KXCP sədrinin
müavini Bəybala Əbil deyib.
Onun sözlərinə görə, əvvəllər Milli Şuranın sessiyaları KXCP-nin
qərargahında keçirilirdi: “Bizim qərargahda keçirilən son iki
tədbirdə fikir ayrılıqları yaranmağa başladı. KXCP bələdiyyə
seçkilərinin tərəfdarı idi, Milli Şura isə seçkilərdə iştiraka önəm
vermirdi. Milli Şura prezident seçkiləri ərəfəsində yaranmışdı.
Seçkilər 2013-cü ildə oldu, indi isə 2015-ci ildir.
Qurum heç bələdiyyə seçkilərinə yaxın durmadı, amma KXCP qatıldı. Söylədik ki, ya prezident, ya da bələdiyyə seçkiləri olsun, iştirak vacibdir. Biz fərq qoymadıq və seçkilərdə iştirak elədik. Əslində Milli Şuranın bu addımında belə çıxırdı ki, sırf prezident seçkilərinə yönəlik qurumdur. Əgər bələdiyyə seçkilərinə münasibət bildirmirsə, hüquq müdafiəçiləri ilə bağlı yaranan mərkəzə və digər birliklərə qoşulmursa, onda Milli Şura özünü Azərbaycanın ictimai-siyasi proseslərdən kənarda saxlayır. Mirmahmud Mirəlioğlu düz deyir, Milli Şuranın missiyası bitmiş sayılır. Seçkilər arasında fərq hansı məntiqlə qoyulur? Seçki seçkidir, iştirak etmək lazımdır”.
B. Əbil narazılığa səbəb olan digər məqamlara da toxunub. Onun
sözlərinə görə, qurumun sıralarının genişləndirilməsi zamanı da
fikir ayrılığı yaşandı.
“Seçkidən sonra Milli Şuranın genişləndirilməsi məsələsi önə çıxdı.
Bu da hansısa partiyanın hesabına reallaşacaqdı. KXCP buna qarşı
çıxdı. Ardınca Milli Şura KXCP-nin qərargahında tədbir keçirməkdən
imtina etdi. Biz əvvəlcə bunları ciddiyə almadıq, xüsusi mövqe də
bildirmədik. Lakin sonradan Milli Şurada təmsil olunanların başqa
məqsədlər güddüyünün şahidi olduq. Lakin biz nə Milli Şuraya daxil
olan partiyalar, nə də digəri ilə ziddiyyətə getməyi düzgün qəbul
etmirik. Düşünürük ki, müxalifət 2013-cü ildə bir yerə toplandığı
kimi, indi də birləşsin”, - deyə KXCP rəsmisi qeyd edib.
Asif Nərimanlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı