Nida.az
Politoloq: “Sarkisyan güc nümayiş etdirsə, hakimiyyətini itirə bilər”
“Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sərkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Şərq-Qərb”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu
deyib.
Ermənistana məxsus pilotsuz təyyarənin Azərbaycan tərəfindən
vurulması haqda danışan politoloq bunu kifayət qədər ciddi məsələ
adlandırıb: “Ordumuz tərəfindən vurulan təyyarənin Ermənistana
məxsus olduğunu əminliklə demək olar. Ermənistan rəsmilərinin bunu
komik bir şəkildə təqdim edərək, Azərbaycanın guya səhvən öz
təyyarəsini vurduğunu bəyan etməsi də anlaşılandır. Yadınızdadırsa,
cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan
Azərbaycanın ünvanına hədə-qorxu dolu bəyanat səsləndirmişdi.
Azərbaycan tərəfinin təyyarəni vurması isə bir növ “indi buyurun
bacarığınızı göstərin” deyə cavabdır. Belə olan halda Ermənistanın
iki yolu qalır. Ya faktı etiraf edib cavab tədbirləri görmək, ya da
təyyarənin ona məxsus olduğunu boynundan atmaq”.
Politoloq hesab edir ki, İrəvan ikinci yolu seçib.
“Ermənistan rəhbərliyi ikinci variantın ona daha ucuz başa
gəldiyini anladığından buna üstünlük verib. Məncə, bu addımı
atmaqda haqlıdırlar. Çünki bugünkü sosial tələblərlə keçirilən
etirazlar və Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc
nümayiş etdirmək Sarkisyana hakimiyyətini itirmək bahasına başa
gələ bilər. Xüsusilə Moskvanın açıq şəkildə dəstəklədiyi birləşmiş
və güclü Ermənistan müxalifətinin mövcud olduğu şəraitdə”, - deyə o
qeyd edib.
Asif Nərimanlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi