Nida.az
Qərb müxalifətə dəstəyi artırır: “Troya at”ları işə düşəcək
Qərb post-sovet ölkələrinin müxalifətinə ciddi dəstəyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
“Nezavisimaya qazeta” nəşri yazıb.
Nəşr əsas dəstəyin Qırğızıstan müxalifətinə olacağını qeyd
edib.
“Təxminən 10 qırğız müxalifətçi ABŞ-a səfər etdi. Proqrama görə
onlar ABŞ-da bir sıra məmurlarla görüş keçirəcək. Müxalifət hazırda
hökumətin Avrasiya İttifaqına daxil olmaq haqda qərarına qarşı
çıxır. Səfər zamanı qırğız müxalifətçilər USAİD, ABŞ Demokratiya
İnstitutu (NDİ), konqresmenlərlə və “Azadlıq” radiosunun rəhbərliyi
ilə görüşəcək”.
Nəşr ABŞ-a bağlı olan QHT-lərin post-sovet məkanına xüsusi missiya
ilə göndərildiyini iddia edib: “Burda biznes maraqları da var.
Misal üçün, Qərb fondları Qırğızıstan biznesmenləri ilə sıx
əlaqələr yaradır. Onlar xarici biznesə bazarın açılmasına çalışır.
Eyni proses Əfqanıstan, Pakistan, Azərbaycan və Türkiyədə də davam
edir”.
“Nezavisimaya qazeta” Qərbin Azərbaycan müxalifətinə də dəstək
verəcəyini yazıb.
“Artıq Bakı və Vaşinqton arasında münasibətlər əvvəlki kimi deyil.
Vaşinqton qırmızı xətti keçib. Jurnalist Xədicə İsmayılın sırf
cinayət motivi əsasında həbs olunması Qərbdə “insan haqları”,
“demokratiya” olaraq gündəmə gətirildi.
Rəsmi Bakı Qərb, konkret olaraq, ABŞ-la münasibətləri normal səviyyədə saxlamağa çalışır. Lakin ABŞ-da müəyyən dairələr ikitərəfli münasibətlərə zərbə vurmaqda maraqlı görünür. Onlar üçün bu cinayət motivi yaxşı fürsət idi.
Maraqlıdır ki, ABŞ-da Azərbaycanın tolerant, dözümlü ölkə
olduğunu anlayan və bunu dilə gətirənlər də var.
Vaşinqtonun Azərbaycan əleyhinə qərəzli çağırışlarının səbəbi isə
Bakının Moskvaya dəstək verməsi, yaxud anti-Rusiya koalisiyasında
yer almamasıdır”.
Nəşr iddia edir ki, Qərbdə müəyyən dairələr Azərbaycan müxalifətinə
bu il dəstəyi artıracaq. Məqsəd rəsmi Bakıya öz içindən təzyiq
etməkdir. Bu təcrübə əvvəllər də müşahidə olunub. Xüsusilə seçki
dönəmlərində ölkə daxilindəki “Troya at”ları işə düşür.
Asif Nərimanlı
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...