“İsa Qəmbər Qubad bəyi 100 faiz Müsavatdan çıxaracaq”
Bizi izləyin

Nida.az

“İsa Qəmbər Qubad bəyi 100 faiz Müsavatdan çıxaracaq”

“İsa Qəmbər Qubad bəyi 100 faiz Müsavatdan uzaqlaşdıracaq”.


Bunu Publika.az-a açıqlamasında İsa Qəmbərin keçmiş müşaviri, ADR hərəkatının üzvü Hüseyn Məlik deyib.


H. Məlik Müsavatın hazırkı rəhbərliyinin Qubad İbadoğlunu partiyadan çıxarmağı qarşıya məqsəd qoyduğunu bildirib.


“Müsavat Partiyasının qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlu 48 faiz səs alıb. Qurultayda saxtakarlığın olub-olmaması haqda danışmaq fikrim yoxdur. Bu barədə çox danışmışıq. Lakin yeni formalaşan rəhbərlik bütün ağlasığmaz vasitələrdən istifadə edib Qubad bəyi partiyadan uzaqlaşdırmaq üçün bəhanələr axtarır. Mən dəqiq bilirəm ki, İsa Qəmbər Qubad bəyi 100 faiz partiyadan uzaqlaşdıracaq . O, əlinə düşən imkandan istifadə edəndir”, - deyə o bildirib.


Qeyd edək ki, Arif Hacılının komandası Q. İbadoğlunu fevralın 2-də keçiriləcək Divanın toplantısına dəvət edib. Çıxarılma qərarının orda veriləcəyi gözlənilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm