Nida.az
İsrail prezidenti Xocalı faciəsindən danışıb
İsrail Dövlətinin Prezidenti Reuven Rivlin BMT-nin Baş
Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar
keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və
kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı
soyqırımını da qeyd edib.
AzərTAc İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla
xəbər verir ki, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə
qarşı mübarizədən söhbət açan Prezident Reuven Rivlin deyib: “Bu
gün biz özümüzdən soruşmalıyıq ki, bizim, bu assambleyanın
soyqırımına qarşı mübarizəsi kifayət qədər təsirli olubmu? Bu
mübarizə Bosniyada soyqırımının qarşısının alınması üçün kifayət
qədər təsirlimi idi? Xocalıda qətliamın törədilməsinin qarşısının
alınmasında təsirlimi idi? Bəs taliban tərəfindən əfqanların
öldürülməsinin? Bu mübarizə bu gün Suriyada kifayət qədər
təsirlidirmi? Ya da Nigeriyada “Boko Haram” yaraqlılarının
törədikləri qırğınların qarşısını almaq üçün kifayət edirmi?”
İsrail Prezidenti belə cinayətlərin baş verməsinin qarşısının
alınması üçün daha çox iş görülməsinin zəruriliyini qeyd edib.
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək