Nida.az
Qubad İbadoğluya hökm oxundu: “İkihakimiyyətlilik yaratmasına göz yummaq olmaz”
Müsavat Partiyasının Divan üzvləri başqanlığa keçmiş
namizəd, ADR təsisçisi Qubad İbadoğlunun partiyadan çıxarılma
fikrini müdafiə edib.
Publika.az xəbər verir ki, Q. İbadoğlunun
Divana dəvət edilməsinin ardından sosial şəbəkələrdə qızğın
müzakirələr açılıb.
Divan üzvü Vəfa Cümşüdlü Q. İbadoğlunun fəaliyyətinin birbaşa partiyaya qarşı olduğunu deyib.
“Qubad bəy mətbuata açıqlama verib ki, yanvarın 31-də Müsavat
Partiyasındakı durumla bağlı tədbir keçirəcək. Sual verirəm,
Müsavat Partiyasındakı durum sizi həqiqətənmi narahat edir? Əgər
narahatsınızsa, onda niyə qurultayda əlini sıxdığınız partiya
başqanını səhəri gün rədd etdiniz? Niyə cəmiyyətə örnək olan bir
qurultayı təbliğ etmək əvəzinə, ona kölgə salmağa çalışdınız?
Fikirləşirsinizmi, bu 5 ayda birlikdə enerjimizi partiyanın işinə
sərf etsəydik, kim udacaqdı, kim uduzacaqdı? Bu qədər qovğalar
olacaqdımı? İllərdir əziyyət çəkən insanların hissiyyatı ilə
oynayıb onları partiyaya qarşı qoyanların məsuliyyətini kim
daşıyır, Qubad bəy? İnsanları zəhərləyib sonra zərdab vurmağın adı
yoxdur. Fani dünyada qısa ömür yaşayırıq. Görünür, Tanrı hər kəsə
bu qısa müddətdə layiq olduğu qiyməti bizdən fərqli olaraq verməyi
bacarır”, - deyə o bildirib.
Divan üzvü Alya Yaqublu isə Q. İbadoğlunun hakimiyyətdən çox
Müsavata qarşı müxalifətçilik etdiyini iddia edib: “Artıq Qubad
bəyin Müsavatdakı fəaliyyəti partiyada ikihakimiyyətlilik formatı
yaradır. Buna göz yummaq olarmı? Məncə, olmaz. Çünki ölkə kimi,
partiya hakimiyyətində də intizam olmalıdır. İntizamın olmaması
Surət Hüseynov sindromu yaradır. Bu sindromun zədə və zərbələrini
21 ildir “nuş” eləməkdə olan Azərbaycan xalqı Müsavatın partiyadakı
bu zərərli durumu aradan qaldırmaq cəhdinin zərurətini anlamış
olar”.
Qeyd edək ki, dünən Müsavat başqanı Arif Hacılı “facebook”
səhifəsində Q. İbadoğlu haqda birmənalı qarşılanmayan fikirlər
paylaşıb.
“Sabah M. Ə. Rəsulzadənin doğum günündə Qubad İbadoğlu
ətrafındakılarla birlikdə partiya içinə saldığı nifaqı daha da
şiddətləndirmək üçün növbəti cəhd edəcək”, - deyə partiya başqanı
bildirib.
Bu gün Müsavat Partiyası M. Ə. Rəsulzadənin doğum günü
münasibəti ilə onun Novxanıda yerləşən abidəsini ziyarət edəcək.
Partiya daxili narazılarla mövcud rəhbərliyin tədbirə ayrılıqda
gedəcəyi gözlənilir.
Asif Nərimanlı
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO