Nida.az
Bağdadinin MDB hədəfi - Qafqaz
İŞİD xəlifəsi Əl-Bağdadi və tərəfdarları Yaxın Şərqdən kənarda “İslam dövləti” üçün yeni dayaq mərkəzinin yaradılmasını qarşıya məqsəd qoyub.
Publika.az xəbər verir ki, Rusiyanın
“politrus.com” saytı İŞİD-in xaricdə əsas dayaq məkanı kimi Mərkəzi
Asiyanı seçdiyini yazıb.
Hazırda İŞİD-in Əfqanıstan əmirləri üçün vəziyyət ürəkaçan deyil.
Vaxtilə Bin Ladenin “vətənində” kənar cihadçılar taliblərin
qonaqpərvərliyindən yararlana bilirdi. İndi isə vəziyyət
qeyri-stabildir. İŞİD xəlifəsinin emissarları Əfqanıstanda təkcə
ordu və Kabil hökumətinin polisi ilə deyil, eyni zamanda, Talibanla
da amansız müharibə aparmalı olacaq. Dünən Əfqanıstan əmiri Molla
Əbdül Rauf öldürülüb.
Fevralın əvvəlində informasiya agentliklərinin yaydığı xəbərsə
olduqca həyəcanlı idi. Belə ki, Tacikistanla həmsərhəd olan
Əfqanıstanın Gündüz əyalətindən təxminən 1000 nəfərə qədər döyüşçü
İŞİD-ə qoşulub.
Əfqanıstanda gedən daxili müharibədə öldürülənlər arasında taliblərlə yanaşı, İŞİD-çilər də var. Ehtimallara görə, cihadçılar Türkmənistan və Tacikistana tərəf istiqamət ala bilər. İŞİD döyüşçülərinin bu mənada taktikası Talibandan fərqlənmir. Onlar əfqan hərbçiləri və NATO qüvvələrindən xilas yolu kimi kənar məkanlara üz tutmağı seçir.
Əfqanıstan ərazisində İŞİD tərəfdarları arasında təkcə puştunlar
yox, Əfqanıstan tacikləri, Mərkəzi Asiya respublikaları, ərəb
ölkələri və Şimali Qafqazdan gəlmələr də var. İctimai rəydə 5 faiz
əfqanlı İŞİD-i dəstəkləyir.
Sayt yazır ki, İŞİD əmirləri Türkmənistan və Tacikistana maraq
göstərir. Xüsusilə Tacikistan onlar üçün iki amilə görə sərfəlidir.
Birincisi, Mərkəzi Asiya regionunda bu ölkə hərbi güc baxımından
zəifdir. Bu isə onun uzun müddətli silahlı müqavimət qabiliyyətinin
zəif olması deməkdir. İkincisi isə, prezident İmaməli Rəhmanın
əhali arasında nüfuzunun az olması faktı İŞİD-ə sərf edir.
Burda xüsusi bir məqama da toxunmaq olar. Belə ki, İngiltərənin
Exeter Universitetinin doktoru Edvard Lemon ötən ay İŞİD-in xarici
döyüşçüləri haqda apardığı araşdırmada tacikləri xüsusi
vurğulayırdı. Onun sözlərinə görə, Mərkəzi Asiyadan ən çox taciklər
İŞİD-ə qoşulur. Əl-Bağdadinin Tacikistanı hədəf seçməsində bu amil
da rol oynaya bilər.
Sayt İŞİD-in Mərkəzi Asiyanı hədəf seçməsini ümumilikdə post-sovet
məkanı üçün təhlükə hesab edir. Qruplaşma gələcəkdə digər
dövlətlərə, misal üçün, Rusiyaya nüfuz edə bilər.
Moskva üçün Amudərya sahillərindən İŞİD təhlükəsi aktualdır. Buna şərait yaradan səbəblər də var.
Post-sovet məkanında bir çox ölkənin liderinin yaşlı olması və xalq tərəfindən sevilməməsi, həmçinin burada ABŞ və NATO-nun gücünün daha zəif olması İŞİD üçün son dərəcədə əlverişlidir. Ekspertlərə görə, İŞİD Mərkəzi Asiyaya doğru hərəkət edərsə, növbəti hədəfdə Qafqaz ola bilər. İŞİD-in bu bölgəyə gəlməsi üçün ümumi potensial da az deyil.
Asif Nərimanlı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO