Nida.az
“Bakıda Qarabağa görə Kremli günahkar hesab edirlər” – Rusiyadan etiraf
“Azərbaycan cəmiyyəti Dağlıq Qarabağın azad olunmamasının səbəbkarı kimi Rusiyanı günahkar görür. Onlar Kremlin Ermənistana hərbi yardımını işğalın davam etməsinə əsas vasitə hesab edirlər”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq Vitali Arkov deyib.
Onun sözlərinə görə, Azərbaycanda Rusiyaya iki yanaşma var: “Bir
tərəfdən, Azərbaycan həqiqətən iqtisadi sahədə Rusiya ilə
əməkdaşlığı dərinləşdirir. Bu məntiqlidir. Çünki Rusiya bu ölkənin
qonşuluğunda yerləşən güclü dövlətdir və Bakı bunu yaxşı anlayır.
Azərbaycan Qərb sanksiyaları qarşısında özünü Rusiyanın dostu kimi
aparır. Digər tərəfdən, Ukraynadakı vəziyyətlə bağlı Azərbaycanın
mövqeyi Rusiya ilə kəsişir. Bakı güc yolu ilə ərazi bütövlüyünün
pozulmasına qarşıdır və Kiyevin bu istiqamətdə addımlarını
dəstəkləyir. Çünki Azərbaycan Dağlıq Qarabağ problemi ilə
üzləşib”.
V. Arkov əlavə edib ki, rəsmi Bakının açıq şəkildə deyə
bilmədiklərini azərbaycanlı ekspertlər və KİV dilə gətirir.
“Xüsusilə Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi Azərbaycanda
qıcıqla qəbul olunur. KİV-də aydın şəkildə bu qıcığı sezmək
mümkündür. Mən azərbaycanlı kolleqalarımla görüşlər zamanı
dəfələrlə bunu eşitmişəm. Yəni rəsmi şəkildə deyilməyən sözü
ictimai səviyyədə deyirlər. Bu da Moskvanın Ermənistanın işğalçılıq
siyasətinə dəstəyidir. Bununla rəsmi Bakı tez-tez Rusiyanın yadına
Qarabağı salır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO