Nida.az
Qubad İbadoğluya zərbə vuran keçmiş ADR-çi: “Mustafa bəyi sonuncu dəfə...”
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının gənclər üzrə Təşəbbüs Qrupunun keçmiş sədri Xəyyam Məmməd Müsavatda ona hansısa vəzifə vəd olunması haqda yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, ötən həftə yayılan məlumatda X. Məmmədin istefa
verməmişdən bir neçə saat öncə Müsavat qərargahında başqan Arif
Hacılının qardaşı Mustafa Hacıbəyli ilə görüşdüyü deyilirdi. M.
Hacıbəyli ona Müsavat Gənclər Təşkilatının sədri postunu vəd edib.
Qarşılığında isə ADR-dən istefa verməsini istəyib (http://publika.az/p/65150).
Publika.az-a açıqlamasında X. Məmməd bu
məlumatları təkzib edib: “Mən artıq həyatımın kifayət qədər yetkin
bir mərhələsindəyəm. 27 yaşım var, bunu önəmli bir nüans olaraq
xatırlatdım. Mənim ADR hərəkatının gənclər üzrə Təşəbbüs Qrupunun
sədri olaraq funksioner statusunda bu təşkilatı tərk etməyimi həzm
edə bilməyən, bunu onlara vurulan ciddi və gözlənilməyən zərbə
olaraq qəbul edən, ADR hərəkatının avantürist düşüncəli
təmsilçiləri olan Qubad İbadoğlu, Səxavət Əlisoy, Hüseyn Məlik və
digər şəxslər tərəfindən şəxsiyyətimə atılan əsassız və iyrənc
böhtanlara, atdığım addımın qarşılığında mənə Müsavat Partiyasında
hər hansı bir postun vəd edilməsi kimi zavallı iddialara cavabım
budur: Mən 18 fevral 2015-ci il tarixində Müsavat Partiyasının
mərkəzi qərargahına gedərək üzvü olduğum Müsavat Partiyasının
sıralarından çıxmaq məqsədi ilə rəsmi ərizəmi Təşkilat Şöbəsinə
təqdim etmişəm və həmin gün də öz istəyimlə partiyadan xaric
edilmişəm. Bundan 1 gün sonra isə gənclərlə birlikdə ADR hərəkatını
tərk etmişəm”.
X. Məmməd Mustafa Hacıbəylini son bir ayda görmədiyini deyib.
“İndi bu şəxslər mənim ADR-dən ayrılmağıma səbəb kimi Müsavat
Partiyasının üzvü Mustafa Hacıbəyli ilə görüşərək, ondan Gənclər
Təşkilatına sədr seçiləcəyim barədə təminat almağımı göstərirlər.
Olduqca axmaq və böhtan mahiyyəti daşıyan iddiadır. Çünki mən
Müsavat Partiyasından çıxmışamsa, hansı ciddi məntiq və əsasla
partiyanın GT-nın sədri seçilə bilərəm? Mən Mustafa bəyi sonuncu
dəfə təqribən 1 ay öncə görmüşəm. Deməli, bu tamamilə absurd bir
iddiadır. Bu insanlar belə cılız böhtan və iddialarla artıq
özlərini ifşa edib tamamilə bitirməyə doğru gedirlər. Mənim onlara
sadəcə olaraq yazığım gəlir. Daha səmərəli işlərlə məşğul
olmalarını tövsiyə edirəm. Çünki, onlar müəyyənləşdirdikləri bu
qeyri-ciddi, gülünc və qərəzli istiqamətlə çox uzağa gedə
bilməyəcəklər”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı