Nida.az
Prezident İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi - FOTOLAR
İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib.
İyirmi üç il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 23-cü
ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın
26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə
ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində
iştirak edib.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə
qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov,
Türkiyənin ölkəmizdə səfərdə olan xarici işlər naziri Mövlud
Çavuşoğlu abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin
deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini
konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı
sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər,
qərənfillər düzdülər.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO