Nida.az
Azərbaycana qarşı kampaniya – sapı özümüzdən olan baltalar
“Azərbaycana qarşı kampaniyaya başlayan QHT səviyyəli təşkilatların idarə heyətində, onları maliyyələşdirən sponsorların arasında erməni mənşəli insanlar var”.
Bu barədə Publika.az-a açıqlamasında Yeni
Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili
Siyavuş Novruzov “Amnesty İnternational”, “Human Rights Watch” və
digər təşkilatların I Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı
kampaniya aparmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, erməni lobbisini narahat edən bu oyunların
məhz Azərbaycanda keçirilməsidir: “Söhbət bu oyunların Avropanın 50
ölkəsində yox, məhz Azərbaycanda keçirilməsindən gedir. Çünki belə
oyunları ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan və idmana
yüksək qayğı göstərən ölkələrdə keçirirlər. Bu gün Azərbaycan
yüksək iqtisadi inkişafa malik olan sabitlik adasıdır. Bu
keyfiyyətlər Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyinə
zəmanət verir. Hansı ki, bununla bağlı bizim gözəl təcrübəmiz də
var”.
S. Novruzov qeyd edib ki, 2012-ci ildə Bakıda keçirilən
“Eurovision” müsabiqəsindəki təşkilatçılıq dünyaya bir nümunə
oldu.
“Ona qədər bir çox ölkədə keçirilmişdi, amma Azərbaycandakı kimi
təşkilatçılıq yox idi. Məhz həmin ildən sonra müsabiqənin bu
səviyyədən aşağı keçirilməməsi qərarı verildi”, - deyə millət
vəkili bildirib.
YAP rəsmisi Azərbaycana qarşı kampaniyada “sapı özümüzdən olan
baltaların” da yer aldığını vurğulayıb. Onun sözlərinə görə, media
prinsiplərindən xəbərsiz olan bəzi KİV-lər, Əli Kərimli və onun
ətrafı, bir sıra QHT bu kampaniyada əsas rolları paylaşır: “Hətta
həmin təşkilatlara məlumat göndərən, teleqram vuranda bunlardır.
Onlar da bu “informasiyalar” əsasında təxribat törədirlər. Mən
tarixi bir məqamı xatırlatmaq istəyirəm. Ümummilli lider Heydər
Əliyev Siyasi Büronun üzvü olanda ermənilər ona qarşı
azərbaycanlıların əli ilə kampaniya aparırdı. Belə ki, İrəvana
gedən azərbaycanlıların pasportları bir saatlığına ermənilər
tərəfindən yığılırdı. Bu pasportlar vasitəsilə Qorbaçova və
digərlərinə Heydər Əliyevin əleyhinə olan teleqramlar vurulurdu.
Nəticədə azərbaycanlıların mövqeyinin belə olduğu rəyi yaranırdı.
İndi də eyni ssenaridir. Ermənilər Seyid Əhmədin əli ilə ilanı
tutur. Əli Kərimli, onun ətrafındakı insanlar, bir neçə QHT və
media orqanı da məhz belə teleqramlar vurur, Azərbaycanda müxalifət
partiyalarının bu oyunların keçirilməsinə qarşı olduğu rəyi
yaradılır. Bu, şərəfsizliyin bariz nümunəsidir”.
S. Novruzov I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini
ölkəmizin təbliğatı baxımından böyük rol oynayacağını qeyd
edib.
“50-dən artıq ölkə Azərbaycan həqiqətlərini görəcək, Dağlıq Qarabağ
problemi, erməni işğalı haqda məlumatlandırılacaq. “Eurovision”
müsabiqəsi zamanı səhnəyə çıxan hər bir müğənninin dili ilə işğal
olunmuş rayonlarımız təqdim olunur, Qarabağ məsələsi vurğulanırdı.
Hətta Ermənistanın ictimai Televiziyası belə bu görüntüləri yaymağa
məcbur idi. Çünki müsabiqənin qanunu budur. Bu cür təbliğat
milyardlarla pul xərclənsə belə, mümkün olmur. İdman oyunları bu
işdə xüsusi çəkiyə malikdir. Çünki dünyada idman ictimaiyyəti
böyükdür. Bu gün Yunanıstan filosofları və qədimliyi ilə tanınmaqla
yanaşı, I Dünya Olimpiya Oyunlarının ilk keçirildiyi yer kimi də
tanınır. İlk Avropa Oyunlarının keçiriləcəyi məkan isə Azərbaycan
olacaq. Erməni lobbisini və onlara bağlı olanları bu fakt narahat
edir. Canında, damarında azərbaycanlı qanı axan hər kəs buna
sevinir. Erməni qanı olanlarsa kədərlənir”.
S. Novruzov heç nəyə baxmayaraq, Azərbaycanın bu oyunları yüksək
səviyyədə keçirəcəyini diqqətə çatdırıb.
Asif Nərimanlı
-
İdman12:13
Ulduzlar yeni ili belə qarşıladılar - FOTOLAR
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO