Nida.az
Razi Nurullayev: “Müxalifətdə siyasi şou yaratmaq meyilləri var”
“Avropa bizi hakimiyyətə gətirəcək”, “Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamağa vadar edəcəklər”, “Sanksiyalar tətbiq olunacaq” kimi mesajlar xalqı aldatmaqdan da betərdir”.
Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin
keçmiş müavini Razi Nurullayev deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda bunun heç biri gözlənilmir və
gözlənilə də bilməz: “Hətta sanksiyalar tətbiq olunsa belə, neft
ucuzlaşıb bareli bir dollar olsa belə, bu, hakimiyyət dəyişikliyi
üçün əsas vermir.
Bu məsələ ilə bağlı mövqeyim budur: dəyişikliyi xalq edir.
Azərbaycanda isə daha çox siyasi şou yaratmaq meyilləri var. Elə
xalqla müxalifət arasına sədd çəkən və onları bir-birindən
uzaqlaşdıran faktorlardan da biri budur”.
“İnsanların ümidini dirijor çubuğu ilə idarə etmək cəhdləri
onu edənlərə baha başa gələ bilər”
R. Nurullayev Azərbaycanın inkişaf modelini Qərbə inteqrasiya və
Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq etməkdə gördüyünü
deyib.
“Bunu istəyirəm. İstək və reallıq isə fərqlidir. Əsas odur ki,
xalqda gözlənti yaradıb, sonra ümidlərini bir daha qırmaq lazım
deyil. Qarşıda may ayında keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə
toplantısı var. Azərbaycan zirvə toplantısına qatılsa da, Avropa
Birliyi ilə Assosiasiya Sazişini imzalamayacaq. Avropa isə
Azərbaycana təzyiq göstərmək niyyətindən uzaqdır. Çünki bu nəticə
vermir. Əgər Azərbaycan birtərəfli qaydada Avropadan üz döndərsə, o
zaman Putin qazanmış olacaq. Avropa düşünür ki, sanksiya tətbiq
etsə və danışıq ritorikasını dəyişsə, masa arxasında oturub söhbət
etməkdən də məhrum ola bilər. Onun üçün də may zirvə toplantısından
ciddi nəticə gözləmək və gözlənti yaratmaq hələ də inanıb liderlər
dalınca gedən məzlumların ümidlərini başı üzərinə qaldırıb qayaya
çırpmaq kimidir. İnsanların ümidi və hissləri ilə oynamaq və onu
dirijor çubuğu ilə idarə etmək cəhdləri onu edənlərə baha başa gələ
bilər”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."