Nida.az
İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.
Nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir
nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını
bildirdi, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün
Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını dedi.
Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən
nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət
yaratdığını vurğuladı.
Dövlətimizin başçısı ölkələrimizdə regional nəqliyyat
infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü,
bu sahədə uğurlar əldə edildiyini dedi. Azərbaycan ilə Qətər
Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham
Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri
artırmağın vacibliyini qeyd etdi.
AZƏRTAC
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi