Nida.az
Səfirlik Ukraynada yaşayan azərbaycanlılara müraciət etdi
Azərbaycanın Ukraynadakı səfirliyinə Kiyevdəki qarşıdurmalarda Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə məlumat daxil olmayıb. Bu barədə çərşənbə günü Trend-ə səfirliyin birinci katibi Asim Osmanov məlumat verib.
Diplomat qeyd edib ki, hazırda Azərbaycanın diplomatik missiyasına nə rəsmi strukturlardan, nə də həmvətənlərimizdən zərər çəkmiş vətəndaşlarımız barədə məlumat daxil olub.Bir müddət əvvəl Azərbaycanın diplomatik missiyası həmvətənlərimizi Kiyevdə etiraz aksiyalarının keçirildiyi ərazilərə getməməyə çağırıb.
Səfirlik Kiyevdə olan və ya Ukrayna paytaxtına səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına Kiyevdə fəal etiraz aksiyaları zonalarından və insanların kütləvi yığışdıqların yerlərə getməkdən çəkinməyi israrla məsləhət görür və onları ehtiyatlı olmağa çağırır.
Çərşənbə axşamı, parlamentin iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.
Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmalar nəticəsində 25 nəfər ölüb.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi