Nida.az
Tural Abbaslıdan İsa Qəmbərə “şah” ittihamı
“Nizamnaməyə görə Vurğun Əyyub Müsavat Məclisinin üzvüdür”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Divanının keçmiş üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, Vurğun Əyyubun Məclis sıralarından xaric edilməsi, yaxud bu barədə diskusiyalar partiya nüfuzuna daha çox zərər vurur:
“Partiya rəhbərliyinin bu məsələnin üstünə bu qədər getməsini
siyasi baxımdan doğru addım saymıram. Bunu qurultaya qədərki
yarışın hələ də lazımsız davamı kimi qiymətləndirirəm. Vurğun
Əyyubu texniki baxımdan Məclis üzvlüyündən xaric olunmuş kimi qəbul
etmirəm. Çünki partiya Nizamnaməsində bu məsələlər çox aydın
şəkildə öz əksini tapıb. Kimsə Məclis üzvlüyündən ancaq və ancaq
gizli səsvermə ilə xaric oluna bilər. Bülleten hazırlanmalı, Vurğun
Əyyubun adı oraya salınmalı, lehinə, əleyhinə qrafalar təyin
olunmalı, Məclisin ümumi sayının 50+1 nəfəri Vurğun Əyyubun xaric
olunmasının lehinə səs verəcəyi halda çıxarılmalı idi. İsa Qəmbər
çıxış edərək deyib ki, bunu səsə qoymağa ehtiyac yoxdur, çünki
Vurğun bəy özünü Məclis üzvü hesab etmir və bu məsələ bitmiş hesab
olunur. Ona görə də səsə qoyulmadan xaric olunub. Bu isə başdan
ayağa Nizamnaməyə uğun olmayan mövqedir”.
“Müsavatda heç vaxt şah qanun olmayıb”
T. Abbaslı qeyd edib ki, Nizamnaməyə görə kimsə hansısa postdan
istefa verirsə, bu, yazılı şəkildə ərizə ilə təqdim olunmalı və
səsvermə keçirilməlidir.
“Odur ki, kimin nə deməyindən asılı olmayaraq Nizamnaməyə görə
Vurğun Əyyub Müsavat Məclisinin üzvüdür. Müsavatda heç vaxt şah
qanun olmayıb, qanun şah olub. Bunu kimsə dəyişmək istəyirsə, çox
uğursuz cəhddir”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi