Nida.az
ADR İdarə Heyətinin üzvü: “Müsavat Partiyasının ömrünə 6 ay qalıb”
“Müsavat Partiyasının ömrünə 6 ay qalıb. Hazırda partiyada çox kritik vəziyyət yaranıb və belə davam edərsə, onun ömrü başa çatacaq”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının
keçmiş müşaviri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının
İdarə Heyətinin üzvü Hüseyn Məlik deyib.
Onun sözlərinə görə, hazırkı idarəetmə və düşüncə ilə Müsavat
Partiyası çox duruş gətirə bilməz: “Vurğun Əyyub kimi bir insanı
Müsavatdan kənarlaşdırmaq, deputatlığa namizədlərin yalnız Arif
Hacılının iradəsinə tabe olmaq kimi yanaşma və aparılan siyasət
partiyanın sonunu gətirəcək. Müsavatın ömrünə az qalıb. Ən yaxşı
halda Arif Hacılı və qohumları, bir də ona biət edən, amin deyən
10-15 nəfərdən ibarət bir partiya olacaq. Arif Hacılı özü də bunu
istəyir. O, qarşısına qoyulan Müsavatı dağıtmaq missiyasını
məharətlə yerinə yetirə bildi”.
H. Məlik Müsavat Məclisinin öhdəlik haqda qərarını anti-demokratik
adlandırıb. Onun sözlərinə görə, bu, birbaşa Arif Hacılının
mövqeyidir.
“Rayon təşkilatlarının iradəsi ilə irəli sürülən namizədlərin
Məclis tərəfindən təsdiq olunması və onların öhdəlik götürməsini
tələb etmək demokratiyaya yad olan düşüncədir. Yəni Arif Hacılının
iradəsindən kənar heç kim namizədliyini verə bilməz. Bu
anti-demokratik qərardır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən
toplantısında qəbul edilən təlimata əsasən Müsavat partiyasından
deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq
partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər
strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.
Asif Nərimanlı
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?