Nida.az
“Leyla xanımın başlatdığı kampaniya uğurla davam edir" - Bayram Səfərov
“Xocalıda soyqırım törədənlərin məhkəmə qarşısında cəzalandırılmasını istəyirəm”. Bunu Publika.Az-a açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.
Onun sözlərinə görə, Xocalıda öldürülən insanlarımızın qanı yerdə qalmamalıdır: “Dünya birliyi buna ədalətli qiymət verməlidir və bizimlə həmrəy olmalıdır. Çox istəyirəm ki, dünya ictimaiəti Xocalıda günahsız insanları öldürən erməni canilərin cəzalandırılmasını tələb etsinlər”.
B.Səfərov qeyd edib ki, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevann başlatdığı "Xocalıya Ədalət" kampaniyası bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır: “Bu kampaniya hazırda da uğurla davam edir. Bunun nəticəsində ABŞ-ın bir neçə ştatında, eləcə də digər dövlətlərdə Xocalı soyıqımının tanıdılması işi həyata keçirilir”.
Vasif Həsənli
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi