Nida.az
AMİP sədri: “Bako Saakyanın açıqlaması yenilik deyil”
“Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyanın Rusiyanın onlara dəstək verməsi haqda açıqlaması yenilik deyil. Hər kəs Rusiyanın Ermənistana hərbi dəstək verdiyini bilir”.
Bunu Publika.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan Argentinanın “Clarin” qəzetinə verdiyi müsahibəsindəki etirafına münasibət bildirərkən deyib: “Bu, əvvəllər də olub. Hətta Rusiyanın Ermənistana yüz minlərlə dollar yardımı ilə bağlı sənəd də ortaya qoyulmuşdu. Rusiya özü Dağlıq Qarabağ problemini yaradan dövlətdir”.
AMİP sədri separatçı rejimin rəhbərinin bu bəyanatı məhz indi səsləndirməsi sualına da aydınlıq gətirdi: “Bildiyiniz kimi, qondarma DQR-də keçirilən parlament seçkiləri beynəlxalq aləm tərəfindən tanınmadı. ATƏT də nəticələri qəbul etmədi. İkincisi, separatçıların rəhbərinin açıqlamasının məqsədi diqqəti həmin regiona cəlb etməkdən ibarətdir. Habelə, bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq, zərbə vurmaq niyyəti daşıyır. Üçüncüsü, təxminən 2 əsr əvvəl Rusiya torpaqlarımızı işğal edib və zaman-zaman, tarixin müəyyən dövrlərində ərazilərimiz hesabına Ermənistan dövlətini yaradıb. Ermənilər ərazilərimizə köçürülüb. Kimsə Rusiyanın Azərbaycana qarşı əsası I Pyotr tərəfindən qoyulmuş siyasətinin dəyişəcəyinin düşünürsə, yanılır”.
Onun sözlərinə görə, bu ölkə heç vaxt respublikamıza qarşı siyasətinə hər hansı dəyişikliklər etməyəcək: “Lakin bütün bunlarla yanaşı münasibətlərimizi qorumalı, indiki kimi normal saxlamalıyıq. Ən azı ona görə ki, Rusiya şimal qonşumuzdur. Üstəlik, həmin dövlət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir”.
AMİP sədri hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin və Fransanın dövlət başçısı Fransua Ollandın bu günlərdə İrəvana səfəri həmin ölkələrin Minsk Qrupundakı fəaliyyətlərinin birmənalı olaraq Ermənistanın xeyrinə olacağını sübut edir: “Bu səbəbdən də biz Minsk Qrupundan imtina etməli, onun fəaliyyətinin sıfıra bərabər olmasını dünyaya sübut etməliyik”.
Anar Tağıyev
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ