Nida.az
İlham Əliyev: “Azərbaycan Avropa Oyunlarını nüfuzdan salma cəhdlərinin şahidi olur”
“Ümid edirik ki, Birinci Avropa Oyunları bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu, bizim üçün böyük məsuliyyətdir”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə
yeganə namizəd idi: “Ümumiyyətlə, əgər o zaman buna razılığımızı
verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya
həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab
Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu, bizim
üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya
Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta
daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı,
idmanın 20 növü”.
Dövlət başçısının sözlərinə görə, ancaq Azərbaycan vəzifənin
öhdəsindən gələ bildi: “Məşəl artıq alovlandırılıb. Biz onu qədim
Atəşgah məbədində alovlandırdıq, bu, Zərdüştlüyün qədim məbədidir.
Bildiyiniz kimi Azərbaycan bir çox dinlərin – Zərdüştlük, İslam,
Xristianlıq, Yəhudilik – bir araya gəldiyi diyardır, ölkəmizdə
xalqlar arasında unikal qardaşlıq mühiti və dinlərarası əməkdaşlıq
yaradılıb. Buna görə də məşəl artıq ölkəmiz üzrə səyahət edir”.
İlham Əliyev bildirib ki, Azərbaycan Oyunlar yaxınlaşdıqca, bu
hadisəni nüfuzdan salma cəhdlərinin daha aydın şahidi olur: “Bu,
bizdə yalnız təəccüb və heyrət doğurur. Bu nəyə lazımdır? Sanki bu,
kimisə necə deyərlər cana gətirib ki, Azərbaycan belə Oyunları
keçirə bilər. Buna görə də hazırda biz Soçi Olimpiadası ərəfəsində
yaşadığınızın demək olar ki, eynisini yaşayırıq – nüfuzdan salma,
yalan, uydurma, guya bizim xərclərimizlə bağlı tamamilə astronomik
rəqəmlər qeyd edilir. Prinsipcə, Oyunları keçirmək üçün əməliyyat
xərclərinə cəmi bri neçə yüz milyon dollar xərclənib. Malik
olduğumuz idman obyektlərinin 90 faizi ya tikilmişdi, ya da qərar
qəbul edilməzdən əvvəl tikintisinə başlanılmışdı, yəni biz onları
Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu bundan
əvvəl də inkişaf etmişdi, siz bizdə tez-tez olursunuz və bunu
görürsünüz. Buna görə də hazırda belə yalan, nifaq və kin
kampaniyasına məruz qalmışıq.
Lakin əsas bu deyil, əsas odur ki, dostluq və idman bayramı yaradacağımıza əminəm və əsas qonaqlarımız əlbəttə ki, idmançılar olacaqlar. Biz bu bayramda iştirak etmək istəyən hər kəsi – idmançıları, turistləri, Avropa, MDB ölkələrinin sıravi vətəndaşlarını dəvət edirik, özünüzü evinizdəki kimi yaxşı mühitdə hiss edin. Və Rusiya komandasına uğurlar arzulayıram, fikrimcə, Rusiya bu Oyunların əsas favoriti olacaq”.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...