Nida.az
Zurab Gventsadze: “I Avropa Oyunları Azərbaycan üçün böyük bir investisiyadır”
“Əminəm ki, I Avropa Oyunları ilə bağlı hər şey möhtəşəm olacaq”.
Bunu Publika.az-a açıqlamasında Gürcüstandan olan
QHT rəhbəri Zurab Gventsadze deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi çox böyük layihədir: “Bu, Azərbaycanın inkişaf
göstəricisidir. Çünki nəinki Qafqazda, hətta Avropada Azərbaycan
ilk dəfə olaraq bu məsuliyyəti öz üzərinə götürdü. Azərbaycan
bununla həm də Qafqaz ölkələri arasında da fərqləndiyini
göstərdi”.
Z. Gventsadze qeyd edib ki, Azərbaycan I Avropa Oyunları ilə öz
gücünü bir daha nümayiş etdirəcək: “Bu Oyunlar yüzlərlə ölkələrdə
KİV-lə yayımlanacaq. Dünya Azərbaycanın gücünü görəcək. Bu oyunlar
həmçinin Azərbaycan üçün böyük bir investisiyadır. Eyni zamanda, I
Avropa Oyunları Azərbaycanın böyük piarı deməkdir”.
Z. Gventsadze I Avropa Oyunlarına tamaşa etmək üçün böyük həvəslə
Bakıya gələcəyini bildirib.
“Bizim ölkəmizin də idmançıları İlk Avropa Oyunlarında iştirak
edəcəklər. Hazırda Gürcüstan Olimpiya Komitəsi tərəfindən bu işlərə
hazırlıq görülür”, - deyə o diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı