Nida.az
“Rusiya post-sovet məkanına təzyiqi artıracaq” - “The Financial Times”
“Avropa Birliyinin post-sovet ölkələri ilə bağlı
planları Rusiyanı narahat edir. Belə demək mümkünsə, lokal
münaqişələr daha da qızışa və qarşıdurma genişlənə
bilər”.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Financial Times” nəşri yazıb.
Nəşr qeyd edir ki, Riqa sammiti nə qədər kədərli görünsə də, bu hər
şeyin sonu demək deyil: “2013-cü ildəki Vilnüs sammitindən sonra
faciəli hadisələr baş verdi. Ukrayna qarışdı, Krım zəbt olundu,
müharibə başlandı. “Şərq tərəfdaşlığı” proqramının Riqa sammiti də
təhlükəli nəticələr vəd edir. Bu sammitdən sonra Avropa Birliyi öz
ambisiyalarını daha açıq şəkildə nümayiş etdirəcək, Rusiyanı
post-sovet məkanında daha çox qıcıqlandırmağa davam edəcək”.
Nəşr hesab edir ki, Avropa Birliyi geri çəkilməməlidir: “Ekspertlər
Riqa sammitində ciddi qərarların olmayacağını düşünürlər. Bu isə
Rusiyanın post-sovet ölkələrinə təzyiqini artırmağa imkan
yaradacaq. “Şərq tərəfdaşlığı” özündə birləşdirən 6 ölkəni Avropa
Birliyinə inteqrasiyasını nəzərdə tuturdu. Əvəzində bu, Rusiya ilə
münaqişə başlandı. Lakin Avropa Birliyi öz planlarından imtina
etsə, bu, onun imicini məhv edəcək”.
“The Financial Times” “Şərq tərəfdaşlığı” proqramına qoşulan
Ermənistan və Belarusun Rusiyanın nəzarətində olduğunu qeyd edib:
“Azərbaycan hələlik gözləmə mövqeyindədir. Güman ki, Cənubi Qafqaz
ölkələri üçün Avropa Birliyi xüsusi proqram hazırlasın”.
Asif Nərimanlı
-
Hadisə13:41
Bakıda dəhşət: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü - Hər ikisi...
-
Dünya13:11
Rusiyada Hitlerin fanatı həbs olundu
-
Hadisə12:31
Bakı metrosunda faciəli şəkildə ölən kişi TANINMIŞ ŞƏXSİN QARDAŞIDIR
-
Region11:46
Türkiyə ilə Ermənistan anlaşma əldə etdi: Mirzoyan açıqladı
-
Elm və təhsil11:21
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
-
Dünya10:51
Putinin əlinə çəkdiyi krem görün necə satılır
-
Region10:10
Türkiyəyə təklif edilən mühüm layihə: reallaşarsa... - ABŞ təzyiqlərə başladı
-
Hadisə09:42
"Tarovı"da gərginlik: Gənc qız sevgilisini... - VİDEO