Elm və təhsil
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
Yüz minlərlə ildir ki, insan əllərinin 10 barmağı var. Amma indi deyəsən elm adamları bunun kifayət etmədiyinə qərar veriblər.
Publika.az "Daily Mail" istinadən xəbər verir ki, Kembric Universitetindən olan bir qrup alim yeni bir araşdırmada insanı "hər şeyə qadir" edən "üçüncü baş barmaq" yaradıb.
Bildirilir ki, elm adamları sağ qolun kənarına yapışan və sahiblərinə əvvəllər edə bilmədiklərini bir əllə etməyə imkan verən protez barmaq yaradıblar. Məsələn, əşyaları götürmək, içki şüşələrini açmaq, oyun kartları ilə işləmək və hətta bananın qabığını soymaq - hamısı bir əllə etmək mümkünləşmək üzrədir.
Tədqiqatın aparıcı müəllifi, Kembric Universitetinin koqnitiv nevrologiya professoru Tamar Makinin sözlərinə görə, könüllülər tez bir zamanda əlavə barmağa öyrəşdilər ki, bu da "hərəkət imkanlarını bizim bioloji məhdudiyyətlərimizdən xeyli kənara çıxardı".
Tədqiqatçılar artıq əlavə baş barmağın xüsusilə qolunu itirmiş və bir əli ilə gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkənlər üçün faydalı ola biləcəyinə inanırlar.
Üçüncü baş barmaq şəxsin həqiqi baş barmağının qarşısına yapışdırılır. Protez, hər bir baş barmağın və ya ayağın altında yerləşən və ayaqqabının içərisinə asanlıqla oturan təzyiq sensoru ilə idarə olunur.
Ümumilikdə komandanın eksperimentində yaşları 3-dən 96-ya qədər olan 596 nəfər iştirak edib və onlara cihazla tanış olmaq üçün bir dəqiqəyə qədər vaxt verilib. Qeyd edək ki, əlavə baş barmaqların ölçüləri uşaqlar və böyüklər üçün fərqlidir.
Təcrübə zamanı iştirakçılara iki tapşırığı yerinə yetirmək göstərişi verilib: dirəkləri götürüb səbətə qoymaq və müxtəlif ölçülü 5 və ya 6 müxtəlif köpük obyektini manipulyasiya etməklə hərəkət etdirmək.
Nəticələr göstərir ki, iştirakçıların 99,3%-i əlavə baş barmağını uğurla idarə edə bilib. Eyni zamanda, resipiyentlərin 98%-i istifadənin ilk dəqiqəsində protezdən istifadə edərək obyektləri uğurla manipulyasiya edə bilib.
Təəssüf ki, alimlərin protezi nə vaxt geniş ictimaiyyətə təqdim edə biləcəkləri və onun nə qədər baha başa gələcəyi hələlik məlum deyil. Bununla belə, protez müəllifləri ümid edirlər ki, onların işləri gələcəkdə insan həyatını asanlaşdıracaq.
Adəm Abbaslı
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü























.jpg)




.jpg)









