Nida.az
Adıgözəl Məmmədov: “Avropa qəbul etməlidir ki, Azərbaycan Amerika qitəsində yerləşmir”
“Azərbaycan bütün hallarda ərazi bütövlüyünə qəsd olunmuş dövlət kimi BMT prinsiplərinə uyğun gələrək ərazi bütövlüyü çərçivəsində öz xarici siyasətini formalaşdırır. Bu məntiqlə bütün beynəlxalq qurumlarda və fəaliyyət göstərən beynəlxalq təşkilatlarda öz mövqeyini ortaya qoyur. Bu, Azərbaycanın haqlı və düzgün siyasətdir”.
Bunu Publika.az-a açıqlamasında Avrasiya
İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov
Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramının Riqa sammitində
qəbul olunan bəyannaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu kontekstdən çıxış edən Azərbaycan xarici
siyasətini region dövlətləri istiqamətində formalaşdırır: “Regionda
həm də geopolitik reallıqlar var. Bu reallıqlardan çıxış etmək
vacibdir. Azərbaycan Avrasiya coğrafiyasında yerləşir və o, bu
coğrafiyanın bir hissəsidir. Avropa qəbul etməlidirlər ki,
Azərbaycan Amerika qitəsində yerləşmir. Azərbaycanın özünün coğrafi
olaraq geopolitik yeri var. Bu regionda təsir imkanlarına malik
oyunçular var. Həmin oyunçular da Azərbaycanın bu və ya digər
formada manevr imkanları zamanı, yaxud da Azərbaycanın xarici
imkanlarının formalaşdığı zaman özünü biruzə verir. Ona görə də
Azərbaycanın dərin dövlətçilik ənənəsi çox modern formada xarici
siyasətimizi formalaşdırmağa imkan verir”.
A. Məmmədov qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafiya həm də
türklər və slavyanların olduğun bir yerdir.
“Avrasiya kontekstinə Azərbaycan-slavyan-türk birliyi
istiqamətində baxılmalıdır. Slavyan-türk böyüklüyü istiqamətində,
elə slavyan-türk maraqları çərçivəsində də Azərbaycan öz
siyasətində bir istiqamət tutmalıdır. Bu labüd bir haldır. Necə ki
Azərbaycan çox vektorlu siyasət həyata keçirdiyi kimi,
vektorlarından da biri bu olmalıdır. Çünki biz bu istiqamətdə
işləməsək, müəyyən siyasəti formalaşdırmasaq Azərbaycana qarşı
qənim kəsilmiş qüvvələr Azərbaycanı məhz bu geopolitik qüvvələrlə
üz-üzə gətirəcək. Bu geopolitik qüvvələrlə üz-üzə gəlməmək, bizə
qarşı yönələn hər hansı bir hədəfi neytrallaşdırmaq üçün bu
istiqamətdə iş aparmalıyıq. Ona görə də bizim coğrafi durumumuz həm
mürəkkəbdir, həm də manevr etmək üçün geniş meydanlar var. Bu
baxımdan, Azərbaycan öz coğrafiyasına məxsus istiqamətdə siyasət
formalaşdırmalıdır”, deyə politoloq diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi