Nida.az
Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının
(MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov
deyib.
Onun sözlərinə görə, Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçici
var. Seçicilərin 51,7 faizi qadın, 48,3 faizi isə kişidir. Ölkə
üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi
internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
MSK sədrinin müavini Natiq Məmmədov isə bildirib ki, daha
dəqiqləşdirilmiş seçici siyahıları parlament seçkilərinə 25 gün
qalmış açıqlanacaq: “Səsvermə günü də daxil olmaqla, istənilən gün
seçici siyahılarına seçicilərin adlarının daxil edilməsi mümkündür.
Bu da seçki hüququnun təmin olunması baxımından MSK-nın yaratdığı
müsbət imkanlardan biridir”.
MSK-nın ilin birinci yarısında əsas fəaliyyəti başa çatıb.
Xatırladaq ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib
olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki
qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi
ilkin olaraq, məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu
proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə
tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata
keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən, Məntəqə Seçki
komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını
fevralın 5-dən gec olmayaraq, müvafiq Dairə Seçki Komissiyalarına
təqdim edib. Dairə Seçki komissiyaları müvafiq seçki dairələri üzrə
ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib.
Asif
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi