Nida.az
Prezident İlham Əliyev Misirin Cənubi Sinay əyalətinin qubernatorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı qubernator Xaled Foudanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkəmizlə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli və eləcə də regionlararası əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə qaldırılmasının önəmini vurğuladı və bu əlaqələrin inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanılmasının zəruriliyini bildirdi. Xalqlarımızın bir-birinə böyük rəğbət bəslədiyini deyən dövlətimizin başçısı əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da səfərin əhəmiyyətini qeyd etdi.
Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fouda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Xaled Fouda Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq, artıq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Misirli qonaq Azərbaycanın regionda aparıcı ölkə olduğunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, ölkəmizin regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı. Birinci Avropa Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən Xaled Fouda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərarın önəmini də vurğuladı.
Dövlətimizin başçısı Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO