Nida.az
AXCP-də şok qalmaqal: MTN-ə müraciət edildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, partiya rəhbərliyini tənqid edən
Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayevin
“facebook” profilinə hücum olub. Nəticədə onun profili
sındırılıb.
D. Babayev Publika.az-a açıqlamasında bildirib ki, o, bu günlərdə
AXCP-dən çıxarılan Ağaşirin Tanrıverdioğlunu müdafiə etdiyinə görə,
rəhbərlik tərəfindən xəbərdarlıq alıb.
“Məclisin iclasında mənim partiyadan çıxarılmağım məsələsi müzakirə
olunacaqdı. Lakin Ağaşirin bəyi çıxartdılar. Mən etiraz etdim,
Məclis üzvü Babək Həsənli məni hədələdi. Mən “Facebook” səhifəmdə
bu barədə yazdım. Ondan sonra profilimə hücum oldu və dağıdıldı.
Mənə qarşı AXCP-də mənfi münasibət var. Səbəbini bilmirəm. Amma
mənə deyirlər ki, hakimiyyətə yaxın olan saytlara açıqlama vermə.
Əks təqdirdə partiyadan qovulacaqsan”, - deyə o bildirib.
D. Babayev profilinə hücum olunması ilə bağlı Milli Təhlükəsizlik
Nazirliyinə müraciət etdiyini qeyd edib: “Mən bunun arxasında kimin
dayandığını bilmək istəyirəm. Əgər profilimə hücumun AXCP-dən
gəldiyi ortaya çıxsa, həmin gün partiyadan istefa verəcəm”.
AXCP sədrinin müşaviri Məmməd İbrahim isə deyilənləri təkzib
edib.
“Bunu AXCP, yaxud partiyadan kimsə etməyib. Dəyanət MTN-ə müraciət
edibsə, özü bilər. Qoy aydınlaşdırsınlar, cəzalandırsınlar. Dəyanət
Babayevin profili cəbhəçilər üçün nə təhlükə törədə bilərdi ki,
cəbhəçilər onun profilini sındırsınlar? Cəbhəçilər parol sındırmağı
bilsəydilər, elə öz oğurlanan profillərinin dəyişdirilmiş
parollarını qırıb qaytarardılar”, - deyə o bildirib.
Asif Nərimanlı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO