Nida.az
Vəhhabilərlə qapalı görüş keçirildi - Özəl
Xaçmaz rayonunda sələfilərlə qapalı görüş keçirilib. Rayondakı özəl
mənbənin Publika.Az -a verdiyi məlumata görə, görüş
Xaçmazda fəaliyyət göstərən Şimal regionu üzrə İnsan Hüquqlarının
Monitorinq Mərkəzində keçirilib. Görüşün məqsədi bölgədəki dini
durum, Suriyaya gedən azərbaycanlılar və sələfilərin ibadət yerləri
problemi ilə bağlı məsələlərin müzakirə olub.
Sələfilər mərkəzdən ibadət etmək üçün şəraitin yaradılmasında
onlara kömək etmələrini xahiş ediblər.
Mənbə bildirib ki, sələfilərin daha çox getdiyi Xaçmaz Mərkəzi
Məscidi bağlanıb. Onlara ibadət etmək üçün Qobuqıraqlı kənd məscidi
verilib.Lakin ora ibadət üçün yararsızdır və hazırda məsciddə təmir
işləri gedir. Bununla yanaşı, rayonun şiə icmasına da ibadət üçün
Qaraqurdlu kənd məscidi verilib.
Mənbə bildirib ki, görüş haqqında ictimaiyyətə məlumatın
verilməməsi qərara alınıb. Həmçinin, görüşlər yenə davam edəcəyi
deyilir.
Məsələ ilə bağlı mərkəzin rəhbəri Müqəddəs Mehtiyev isə
açıqlamasında bununla bağlı danışmaqdan imtina edib. O bildirib ki,
lazım olsa mətbuata geniş açıqlama veriləcək.
Asif
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək