Nida.az
NATO-da Azərbaycana dair brifinq keçirilib
NATO-nun mənzil-qərargahında bu təşkilatın Mülki Fövqəladə Planlama Komitəsinin Sənaye Resursları və Kommunikasiya Xidmətləri Qrupunda Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli tərəfindən “Azərbaycanın mühüm enerji infrastrukturlarının mühafizəsi: nailiyyətlər və təhdidlər” mövzusunda brifinq keçirilib.
Аzərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, brifinqdə Azərbaycanın enerji layihələri və təhlükəsizliyi, mühüm enerji infrastrukturlarının mühafizə olunmasında əldə etdiyi nailiyyət və təhdidlər, NATO-nun bu sahədə rolu və əməkdaşlığın perspektivləri barədə Qrupa məlumat verilib.
Qrupun iclasında NATO Beynəlxalq Katibliyi, NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, aparılan müzakirələr zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə fəal və strateji tərəfdaş olduğu bildirilib.
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI