Nida.az
“Əl-Əhram” qəzeti: “Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verir”
Misir Ərəb Respublikasının nüfuzlu “Əl-Əhram” qəzetində “Azərbaycan mədəniyyətlərarası birliyi və dünya enerji təhlükəsizliyini həyata keçirməyə səy göstərir” sərlövhəli məqalə dərc olunub.
Publika.az xəbər verir ki, qəzetin baş redaktor
müavini Məhəmməd Osmanın müəllifi olduğu məqalədə Azərbaycanın
İslam dünyası ilə Avropa arasında körpü rolunu oynadığı diqqətə
çatdırılıb.
Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumuna toxunaraq, Bakı şəhərinin qlobal əhəmiyyətli məsələlərin
müzakirə edildiyi müstəvi olduğunu qeyd edib: “Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın yüzdən çox
dövlətindən müxtəlif dinlərə və irqlərə mənsub nümayəndə heyətləri
iştirak edir. Bu Forumda mədəniyyətlərarası dialoqla bağlı görülən
işlər, həmçinin qlobal əhəmiyyətli məsələlər müzakirə olunur”.
M. Osman vurğulayıb ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumlarının keçirilməsində mühüm rol oynamaqla yanaşı,
iqtisadi imkanlarından istifadə edərək, dünya miqyasında enerji
təhlükəsizliyinin təmin edilməsində də mühüm paya sahibdir:
“Azərbaycan Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu beynəlxalq təşkilatların üzvüdür”.
M. Osman Forumun proqramına toxunaraq, müasir dünyada qlobal
çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial
transformasiyalar fonunda mədəniyyətlərarası dialoqun qorunması ilə
bağlı məsələlərin tanınmış şəxsiyyətlər, siyasətçilər, dövlət
xadimləri, elm adamları tərəfindən müzakirə edildiyini
bildirib.
“Forum çərçivəsində ekstremizmə qarşı mübarizədə dini plüralizm və
dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası
dialoqun keçirilməsində rolu, habelə təhsilin, incəsənətin,
turizmin və mədəniyyətlərin yaxınlaşması ilə bağlı plenar
sessiyalarda geniş müzakirələr aparıldı”, - deyə müəllif məqalədə
vurğulayıb.
M. Osman daha sonra Azərbaycan Respublikası xarici işlər naziri
Elmar Məmmədyarova istinad edərək, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunub: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində iş aparsa da, 20 ildən çoxdur ki,
sülh danışıqlarında heç bir nəticə əldə olunmayıb. Azərbaycan
1991-ci ildə müstəqilliyini bərpa edib. Lakin həmin vaxt Ermənistan
silahlı birləşmələri tərəfindən hücuma məruz qalıb. Nəticədə,
Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal
olunub, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma
torpaqlarından qovulub”.
Müəllif Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi
töhfədən də bəhs edib. Onun sözlərinə görə, geniş təbii sərvətlərə
malik olan Azərbaycan Xəzər dənizinin açıq dənizə çıxışı olmadığı
halda neft və qazını boru kəməri vasitəsilə Qara dənizə və Aralıq
dənizə, oradan da dünyanın müxtəlif ölkələrinə nəql edir.
“Azərbaycan ilk dəfə dünyanın enerji xəritəsini dəyişən ölkədir”, -
deyə məqalədə bildirilib.
M. Osman Azərbaycanın iyunun 12-də Bakıda start veriləcək I Avropa
Oyunlarına tam hazır olduğunu yazıb. Onun sözlərinə görə,
Azərbaycan belə möhtəşəm oyunlara ev sahibliyi etməklə, adını
tarixə yazacaq.
“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi
Təşkilat Komitəsi I Avropa Oyunlarına hazırlıq işlərini
yekunlaşdırıb. Bu möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı
bir neçə gün sonra avropalı qonaqları qəbul edəcək. Azərbaycanın
təcrübəsi və iqtisadi gücü ona bu böyük idman tədbirinə ev
sahibliyi etmək imkanı verir”, - deyə müəllif bildirib.
M. Osman Azərbaycanın 2016-cı ildə Sivilizasiyalararası dialoqun
növbəti forumuna da ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi