Nida.az
Deputat: “İrəvan izdihamları dağıdır, problemsə qalır”
“Bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı İrəvan şəhərinə yönəlib. Elektrik enerjisi tarifinin qaldırılması insanların etirazına və küçələrə axmasına səbəb olub”.
Publika.az xəbər verir ki, Milli Məclisin üzvü Aydın Mirzəzadə Ermənistanda qiymətlərin artırılmasının sosial partlayışa səbəb olduğunu bildirib. O qeyd edib ki, tarif o qədər çox yox, 6,93 dram (Ermənistanın pul vahidi) qədər qalxıb: “Bu isə ABŞ dolları ilə 1,45 sent edir. Qiymətlər artırıldıqdan sonra Ermənistanda elektrik enerjisi üçün tarif 41,85 dramdan 48,78 drama qalxıb ki, bu da ABŞ dolları ilə 10 sent edir. Nə artım, nə də yeni qiymət dünya ölkələri üçün çox da böyükdür. Ancaq kasıb Ermənistan cəmiyyəti artıq bu qiymətləri ödəmək imkanında deyil. Diqqəti o çəkir ki, İrəvandakı nümayişləri müxalifət qüvvələri təşkil etməyib və onlar ümumiyyətlə aksiyalarda iştirak etmirlər. Nümayişçilər əsasən 30 yaşına qədər olan gənclərdir və onlar hökumət əleyhinə şüarlar səsləndirmirlər. Ancaq bu, Ermənistan cəmiyyətinin sabahı olan hissəsidir ki, onların da sabaha ümidləri qalmayıb və hökumətin qoyduğu qaydalarla yaşaya bilmirlər”.
Deputat xatırladıb ki, iki gündür güc strukturları nümayişləri dağıdır, fəalları həbs edir: “Hətta vəziyyət o həddə çatıb ki, İrəvan polis bölmələrində müvəqqəti saxlama yerlərində yer çatışmadığına görə saxlananları digər rayonların polis bölmələrinə aparırlar. Ancaq bu tədbirlərə baxmayaraq, insanlar yenə də nümayişlərə çıxmaqda davam edirlər. İrəvan rəsmilərinin göstərişi ilə polis izdihamları dağıdır, ancaq problem isə qalır. Problem isə Ermənistan hakimiyyətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində ölkəsinin ağır sosial duruma düşməsi ilə bağlıdır. Qonşu dövlətlərə qarşı torpaq iddiası Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanmasına və ciddi iqtisadi çətinliklərlə rastlaşmasına səbəb olub”.
A.Mirzəzadə Ermənistanın illik büdcəsinin 2015-ci il üçün 3 milyard ABŞ dolları olduğunu, bunun isə 21, 4 faizi, yəni 642 milyonunun müdafiə və təhlükəsizlik sahəsinə yönəldiyinə diqqət yetirib: “Göründüyü kimi, Ermənistan öz yeritdiyi siyasətin qurbanına çevrilib. Düşdüyü ağır vəziyyət artıq cəmiyyətin sosial üsyanına səbəb olur. İzdihamları dağıtmaqla nisbi sakitlik yaratmaq olar, ancaq problemi həll etmək mümkün deyil”.
Anar Tağıyev
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA