Nida.az
“Bir-birimizə hökm etməli deyilik” - KXCP Milli Şuradan ayrılır?
“Milli Şuranın qərarından asılı olmayaraq müstəqil təşkilat kimi
KXCP bələdiyyə seçkilərinə qatılacaq”.
Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud
Mirəlioğlu Publika.Az -a açıqlamasında bildirib.
Seçki məsələsinin Milli Şurada hələ müzakirə olunmadığını deyən KXCP sədri qeyd edib ki, seçkidə iştirakla bağlı qurumun qərarı olarsa, bununla bağlı yenidən müzakirə apara bilərlər: “Bu məsələ mediada və ayrı-ayrı şəxslərin müsahibələrində dediyi kimi deyil. Əgər biz birgə fəaliyyət göstəririksə, qarşılıqlı münasibətlərimiz olmalıdır, bir-birimizə hökm etməli deyilik, bir-birimizlə tələb dilində danışa bilmərik. Allaha şükür dilimizin zənginliyi hər kəsə bəllidir, burada narahatlıq görmürəm. Hesab edirəm ki, bu və ya digər anlaşılmazlıqlar istənilən vaxt aradan qalxacaq”.
İctimai Palatanın buraxılmasına da münasibət bildirən M.
Mirəlioğlu deyib ki, bu qurum onsuz da fəaliyyətsiz idi. Onun
fikrincə, İP-in fəaliyyətinə çoxdan xitam verilməli idi.
Asif
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ