Nida.az
Sabir Rüstəmxanlı: “Azərbaycan Avropa Oyunları ilə tarixə imza atdı”
“Azərbaycan Avropa Oyunları kimi mötəbər yarışın təməlini atmaqla tarixdə beynəlxalq əhəmiyyətə malik bir hadisəyə imza atdı”.
Bunu Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının
(VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa tarixində ilk olan bu
oyunların keçirilməsini öz üzərinə götürməklə böyük addım atdı:
“Dünyanın müxtəlif qitələrinin özünəməxsus oyunları olsa da, Avropa
qitəsinin belə bir idman oyunu yox idi. Nə yaxşı ki, belə bir
oyunun keçirilməsinə Azərbaycan təşəbbüs etdi və keçirdi. Oyun
əvvəldən axıradək çox yüksək səviyyədə keçdi. Oyun həm
təşkilatçılıq, həm təhlükəsizlik, həm də idmançılarımızın uğurlu
çıxışı baxımından yüksək səviyyədə idi. Ona görə də mən burada
iştirak edən bütün insanlardan, könüllülərdən, xidmətdən çox razı
qaldım. Açılış və bağlanış mərasimi möhtəşəm idi”.
S. Rüstəmxanlı qeyd edib ki, idman yarışları zamanı ümumilikdə
Azərbaycan idmançılarından maksimum 20-dək medal gözləyib.
“Ancaq idmançılarımız daha yüksək nəticə göstərməklə gözləntimdən
də artıq medal qazandılar. Bu idmana verilən dəyərin göstəricisi və
nəticəsi idi. Çətinliklərə baxmayaraq Azərbaycan gəncliyi uğurlu
çıxışı və qələbələri ilə öz mübarizliyini nümayiş etdirdi. Təkcə
mübarizliyinin deyil, eyni zamanda, intellektual səviyyəsinin,
ağlının nümayişi oldu”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."