Nida Təhlil
Ermənistandan Bakıya Qarabağ ŞƏRTİ: İrəvanın Vyana OYUNU
İrəvan Dağlıq Qarabağla bağlı Bakıya qarşı tələb irəli
sürüb. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran
Balayan bildirib ki, onlar “ATƏT-in Minsk qrupunun həmsədrliyi
çərçivəsində və həmsədr ölkələrin təklifləri əsasında Dağlıq
Qarabağ probleminin sülh yolu ilə nizamlanması kursuna sadiq qalır.
Bunun üçün 2016-ci il aprel döyüşlərindən sonra əldə olunmuş
razılaşmaları həyata keçirmək lazımdır”.
Publika.az xəbər verir ki, 2016-cı ilin aprel ayında
Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qisminin azad
edilməsi ilə nəticələnən uğurlu əks-hücum əməliyyatından sonra
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı iki görüş
keçirildi: Vyana (16 may) və Sankt-Peterburq (20 iyun) görüşü.
ABŞ və Rusiya xarici siyasət rəhbərliklərinin iştirakı ilə
keçirilən Vyana görüşündə müəyyən razılıqlar var idi. Rusiya
prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Sankt-Peterburq
görüşü də Vyana görüşünün davamı olaraq təqdim olunurdu.
Vyanada təmas xəttində “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması
ilə bağlı razılıq əldə olundu. Halbuki, bu, ABŞ tərəfindən irəli
sürlmüşdü və işğal faktının qəbul edilməsi idi. Moskva bu
razılaşmanı qəbul etsə də, Sankt-Peterburq görüşünün təşkili
mexanizm məsələsinin kənara qoyulduğunu göstərdi. (Oxu:
Qarabağın qaytarılması prosesi başlandı).
Bakı da mexanizmlərin işğalçıya xidmət etdiyini bildiyi üçün
Vyanada yekun sənədi imzalamadı.
Görünür, Ermənistan məsələni yenidən gündəmə gətirir. Hərçənd,
Bakının bununla razılaşacağı sual altındadır.
Burada diqqət çəkən digər məqam mayın 15-də Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşdə “substantiv
danışıqlara hazırıq” açıqlaması idi. Bu isə Qarabağa aralıq
statusunun verilməsinin əvəzində işğal olunmuş ətraf rayonların
qaytarılmasını özündə ehtiva edir.
Ermənistan tərəfi bunu bildiyi üçün Vyana razılaşmalarını ortaya
ataraq, gələcək danışıqları pozmağı planlaşdırır.
Asif
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."