Nida Təhlil
Dünyanın sonunu gətirəcək FƏLAKƏT SSENARİSİ qapıda: Buzlaqlar üzərində döyüşlər BAŞLAYIR
Dünya böyük təhlükə ilə üz-üzədir. Bir tərəfdən iqlim
dəyişiklikləri, digər tərəfdən bu dəyişikliyi sürətləndirəcək
Arktika müharibəsi hər keçən gün qızışır.
Publika.az xəbər verir ki, BMT-nin Hökumətlərarası İqlim
Dəyişikliyi Panelinin (İPCC) yaydığı son hesabatda dünyada
havaların 1 dərəcə isindiyi və kritik nöqtə olan 1,5 dərəcə
isinməyə doğru irəlilədiyi qeyd olunur. Əgər bunun qarşısı
alınmasa, dünya 2030-cu ildən etibarən böyük fəlakətlər dövrünə
qədəm qoyacaq. Əgər bu isinmə 5 dərəcəyə qədər qalxarsa, 2100-cü
ildə bəşəriyyətin sonu olacaq.
İPCC bu fəlakətin qarşısını almaq üçün dünyanın enerji
istehsalından tutmuş turizm zonalarının bağlanmasına qədər ən
müxtəlif tədbirlər görməsinin vacibliyini vurğulayır.
Ən təhlükəlisi isə dünya siyasətçilərinin qlobal istiləşməyə
ideologiya olaraq baxmasıdır. Halbuki, mütəxəssislər vəziyyətin
ciddi olduğunu deyir. Hazırda qlobal istiləşməyə görə, hər il
dünyada 400 min insan ölür. Belə davam edərsə, 2030-cu ildə bu
rəqəm 600 minə çatacaq.
Türkiyəli mütəxəssis Cem Gürdenizin fikrincə, bu gün qlobal
istiləşmə nəticəsində əriməyə məcbur qalan Arktika bölgəsi qlobal
geosiyasi qarşıdurmanın da mərkəzinə çevrilib.
Orada iki cəbhə var: bir tərəfində Rusiya və Çin, digər tərəfində
isə ABŞ və İngiltərə.
İngiltərə xarici işlər naziri Ceremi Hant Rusiyanı bölgəni
hərbiləşdirməkdə ittiham edir.
Arktika bölgəsində haqq sahibi olan 8 ölkə var: Kanada, Danimarka,
İsveç, Rusiya, İslandiya, Finlandiya, ABŞ və Norveç. İngiltərənin
burada payı yoxdur, lakin ciddi iddialar irəli sürür. 8 ölkə
Arktikada buzların əriməyinə qarşı birgə addım atmağa hazır
olduqlarını deyirlər, lakin İngiltərə ABŞ-ı da yanına alaraq, bu
prosesi pozur.
İngiltərənin İslandiyaya RAF Tayfun döyüş təyyarələrini göndərməyə
hazırlaşması da bundan xəbər verir. Ötən həftə isə İngiltərə
hökuməti Norveçdə Rusiyaya qarşı amerikalı və hollandiyalı
əsgərlərlə yanaşı, 800 ingilis komandosunun da yerləşdiriləcəyini
açıqladı.
İngiltərə parlamentinin müdafiə komitəsi “İncə Buz üzərində:
Arktikada ingilis müdafiəsi” adlı hesabat hazılayıb. Bu hesabatda
deyilir ki, Rusiya Arktikada ciddi müharibə təhlükəsi yaradıb, buna
görə də NATO oyuna daxil edilməlidir.
NATO 25 oktyabr-7 noyabr tarixlərində Norveç sahillərində “Trident
Juncture -2018” adlı təlimlər keçirməyə hazırlaşır. Bu, “soyuq
müharibə”dən indiyə kimi NATO-nun keçirdiyi ən böyük təlimlər
olacaq. Təlimə 30 ölkədən 50 min əsgər, 70 döyüş gəmisi və 150
döyüş təyyarəsi qatılacaq. Ssenariyə görə, Norveç “xəyali düşmən”
tərəfindən işğal edilir və bu ölkənin azad edilməsi üçün NATO
hərəkətə keçir. Ekspertlər “xəyali düşmən” adı altında əslində
Rusiyanın nəzərdə tutulduğunu hesab edirlər. Ehtimallara görə, ABŞ,
İngiltərə və NATO Suriya və Ukraynadan sonra Rusiyaya qarşı
Arktikada yeni cəbhə açmağı planlaşdırır. Hətta ABŞ “Arktika
ordusu” yaratmağa hazırlaşır.
Mütəxəssislərin fikrincə, bütün bu hərbi gərginlik qlobal istiləşmə
nəticəsində Arktika buzlarının əriməsini sürətləndirir. İPCC-nın
hesabatına görə, qlobal istiləşmə 1,5 dərəcəyə qədər artarsa,
qarşıdakı 100 ildə Arktika buzları tamamilə əriyəcək. İstiləşmə 2
dərəcə olarsa, buzların əriməsi üçün cəmi 10 il vaxt bəs edir.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?