Nida Təhlil
Kamal Abdulla minlərlə tələbəni maraqlandıran nüansa aydınlıq gətirdi: "İmtahanların şifahi formatda..."
“Universitetlərə sərbəstlik həm də onda verilməlidir ki, onlar imtahan formatını özləri müəyyənləşdirsin”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla deyib.
Rektor sessiya imtahanlarının bütünlüklə yazılı variantdan şifahiyə keçirilməsi məsələsinə aydınlıq gətirib:
“İmtahanların yazılı versiyadan şifahiyə keçirilməsi üçün Təhsil Nazirliyinin müvafiq sərəncamları, əsasnaməsi və göstərişləri lazımdır. Amma mənə elə gəlir ki, universitetlərə sərbəstlik həm də onda verilməlidir ki, onlar öz imtahan formatını özləri müəyyənləşdirsin. Tutaq ki, mən Fonetika fənnindən imtahanı necə yazılı şəkildə verə bilərəm? Yaxud, ədəbiyyatdan imtahanı şifahi şəkildə verə bilərəmsə, digər spesifik fənlərdən şifahi imtahanları necə götürmək olar? Buna baxmayaraq, bəzi imtahanları, sözsüz ki, şifahi variantda etmək olar”.
Qeyd edək ki, ölkə miqyasında bir çox universitetlərdə təhsil alan tələbələr sessiya imtahanlarının yazıl formatda deyil, şifahi şəkildə götürülməsinin tərəfdarıdır. Hazırda isə cəmi bir neçə universitetlərdə bəzi imtahanlar şifahidə şəkildə götürülür və yerindəcə qiymətləndirilir.
Zümrüd
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO