Nida Təhlil
Rasim Balayev “Nəsimi İli”ndən DANIŞDI: "Türkmənistan deyir ki..."
“Bizim o zamanlar informasiya qıtlığımız vardı. Ona görə hər şeyi detallı formada gətirib günümüzə çatdıra bilməmişik. İndi isə bunun üçün hər cür şərait var”.
Bu sözləri “Nəsimi” deyilərkən ölkəmizdə ilk ağıla gələn insan olan Xalq artisti, “Nəsimi” obrazının əvəzsiz yaradıcısı Rasim Balayev Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etməsinə münasibət bildirərkən deyib.
Publika.az-a açıqlama verən aktyor Prezidentin bu qərarını məmnuniyyətlə qarşıladığını bildirib:
“Prezidentin bu qərarını alqışlayıram. İndi belə bir tendensiya yaranıb ki, Azərbaycanın şairlərini hər ölkə öz adına çıxarmaq istəyir. İran deyir ki, Nizami bizimdir, Türkmənistan deyir ki, Nəsimi bizimdir, İraq da deyir ki, Füzuli bizimdir. Lakin biz dünyaya sübut etməliyik. Bizim o zamanlar informasiya qıtlığımız vardı. Ona görə hər şeyi detallı formada gətirib günümüzə çatdıra bilməmişik. İndi isə bunun üçün hər cür şərait var. Bu il xaricdən qonaqlar gələcək. Müxtəlif tədbirlər, konfranslar keçiriləcək. Nəsiminin, Azərbaycanın həqiqətləri dünyaya çatdırılacaq. Təkcə klassik şairlər yox, elə ötən əsrin şair-yazıçıları üçün də belə tədbirlərin görülməsi lazımdır. İndiki nəsilə, elə bil, ədəbiyyat dərsi keçmirlər. Sabiri, Vurğunu, Cəlil Məmmədquluzadəni tanıyan yoxdur. Ona görə də belə təşəbbüsləri razılıqla qarşılayır və alqışlayıram”.
Zümrüd
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO