Nida Təhlil
“Nasist legionerləri” Azərbaycana qarşı, yaxud böyük pullar uğrunda amansız mübarizə…
Eyni məsələni müxtəlif variantlarda və kombinasiyalarda
sonsuza qədər təkrarlamaq: bu, “informasiya müharibəsi”nin açar
elementlərindən biridir. Məqsəd ictimai rəyi kütləvi şəkildə yalan
xəbər atəşinə tutmaq, bir məsələni müxtəlif formalarda təqdim etmək
və həqiqətin ortaya çıxmasına imkan verməməkdir. Bu gün
Azərbaycanın üzərinə məhz bu istiqamətdə hücum edilir.
Azərbaycana qarşı kampaniya Mehman Hüseynov üzərindən özünün belə
xəbəri olmadan başladıldı, ardınca məsələnin mahiyyətinin
aydınlaşmasını gözləmədən müxtəlif yalan informasiyalar yayıldı,
daxildəki müəyyən qruplar sosial şəbəkələrdə pərakəndə formada
şaiyələr istehsal etdilər, daha sonra Qərbdə bəlli dairələr
Avropaya “sığınanları” silahlandıraraq küçələrə çıxarırlar. Gerçək
olmayan bir hadisənin ətrafında yaradılan bütün bu xaosun bir
hədəfi var: həqiqət ortaya çıxmasın.
Yanvarın 11-də Nürnberqdə Azərbaycana qarşı keçirilən aksiya da
zəncirin son halqası idi. Müsavat partiyasının Avropa Koordinasiya
Mərkəzinin keçirdiyi aksiyada “Azərbaycanda siyasi məhbuslara
azadlıq” tələb ediblər. Diqqət edin, bir nəfər üzərindən başlanan
kampaniyanı genişləndirilərək, prosesi böyütməyə çalışırlar.
Əslində zəncirin halqaları əvvəldən bu istiqamətdə bir-birinə
bağlanırdı.
Avropa küçələrində oynanılan “kukla teatrı”nda pərdənin arxasındakı
əllərin erməni lobbisi də daxil olmaqla Azərbaycana qarşı olan
dairələr olduğu bəllidir. Bəs, bu teatrda “kukla” olmağa razı
olanlar kimlərdir?
Onlar II Dünya müharibəsində nasistlərin xarici legionlarının
əsgərlərinə çox bənzəyir. Nasistlər yalnız onlarla birlikdə
döyüşməyə razı olan əsirlərin canını bağışlayır və əlinə silah
verirdilər. Bu döyüşçülər də (aralarında azərbaycanlı əsirlər
xüsusi çəkiyə malik idi) gəldikləri yerə, vətənlərinə qarşı
müharibə aparırdı.
Və tarixin ironiyası olmalıdır ki, nasistlərin ədalət qarşısına
çıxarıldığı Nürnberqdə 73 il sonra Azərbaycandan gedənlər öz
vətənlərinə qarşı aparılan müharibədə iştirak edirlər. Çünki Avropa
paytaxtlarında yaşamaq çox bahalıdır və bunun üçün verməyə heç
nəyin yoxdursa, buyur, öz ölkəni söy, Vətəninə qarşı plakatlar
qaldır!
Dəhşətli mənzərədir, lakin bütün bu baş verənləri araşdıranda
Azərbaycandan gedərək, Avropa küçələrinə tökülənlərin öz ölkələrinə
qarşı çıxmaqdan məmnun göründükləri, küçələrə aldıqları pulların
qədərində adam və plakat çıxardıqları aydın olur.
Onlar kimlərdir?
Aksiya xəbərində “Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi”
təşkilatçıların adı olaraq keçir, lakin məhz bu adın arxasında
böyük pulların dövr etdiyi şübhəsizdir. Diqqətçəkən ilk məqam son
dövrlər Avropada “Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi”
adı altında Azərbaycana qarşı keçirilən aksiyaların artmasıdır.
Halbuki, ona qədər müxtəlif yollarla Avropaya qaçan və yaşamaq
qarşılığında Azərbaycana qarşı çıxmaq öhdəliyi götürənlər daha çox
gözə dəyirdi. 2016-cı ildən sonra isə “müsavatçılar” da “nasist
legionlarının sıralarına qatıldı”.
“Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi” 2016-cı ilin 24
oktyabrında Almaniyanın Franfurkt şəhərində təsis edilib. Belə bir
mərkəzi təsis etmək üçün əvvəlcə Avropada müəyyən sayda tərəfdarın
olmalıdır və sual yaranır ki, Avropada nə qədər müsavatçı var?!
Məhz burada Müsavat rəhbərliyinin “mühacirət biznesi” yada
düşür.
FAKTLAR: Müsavatın pul qarşılığında partiya
vəsiqəsi satdığı və müştərilərinin Avropa ölkələrində “siyasi
mühacir” almasını təmin etdiyi 2015-ci ildə ortaya çıxdı. Alverin
ortaya çıxdığını görən partiya etiraz bəyanatı yaydı və “Müsavat
vəsiqəsi” ilə mühacirətə gedənlərin sənədlərinin saxta olduğunu
bildirdi. Həmin bəyanatda adıçəkilən Elnur Mirzəyev isə Müsavatda
kimə nə qədər pul verdiyini, ümumilikdə “mühacirət biznesi”nin
sirlərini açdı.
“Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, buradan getmək
ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul
vermişəm. Konkret rəqəm lazımdırsa, deyim – 1800 manat. Bu hadisə
2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə
verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci
ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O
halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri
orada ticarətlə məşğuldurlar. Maskaları cırılanda isə məni güdaza
vermək istədilər. Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi
təqdim edilən iki arayışı elə onun özündən almışam. Hər birinə görə
300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm.
Əlimdə fakt kimi mesajlar, Facebook və Vatsap yazışmaları var.
Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını
cıracağam. Hamı bilir ki, Müsavat Partiyası bu alverlə 6-7 ildir
məşğul olur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər.
Mən isə bu məsələni belə qoymayacağam” – Mirzəyev faktları
açıqlayır.
Müsavatçı olaraq tanınan, hazırda İsveçrədə yaşayan Elbəyi
Həsənlinin açıqladığı faktlar xüsusilə diqqət çəkir: “Arif
Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa
Müsavat üzvü olmaqla bağlı arayış verib. Belə arayışlar mühacirətə
getmək üçündür. Bilirsiniz ki, mayın 16-da İsveçrədə yaranmış
“Ocaq” Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən istefa verdim.
Çünki Müsavatın Bakıdakı funksionerləri “Ocaq” üzvü olan və hələ
siyasi sığınacaq almamış müsavatçılara hədə-qorxu gələrək onlara
seçim etməyi, Elbəyi Həsənlidən uzaqlaşmalı olduqlarını
tapşırdılar. Yoxsa onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə
müraciət olunacağını dedilər… Müsavat Partiyasını ələ keçirən bu
dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat
üzvü vəsiqəsi və arayış verirlər… Şəkilli arayışı 1500, şəkilsizi
800 manata satırlar…”.
Belə faktlar kifayət qədərdir və bu təsdiq edir ki, “Müsavat
partiyasının Avropa Koordinasiya Mərkəzi” partiya rəbərliyinin
aldıqları pul qarşılığında vəsiqə verərək, Avropaya göndərdiyi
“saxta fəallardan” təsis edilib. Bu gün “saxta kimliyə” sahib
olanlar Avropada Azərbaycana qarşı hücumda iştirak edirlər.
1. Onlar bu hücumda iştirak etməkdən imtina etsələr, saxta
olduqları haqqında məlumat dərhal səfirliyə veriləcək və mühacirət
həyatları başa çatacaq.
2. Saxta yollarla Azərbaycandan gedən bu şəxslər Avropadakı
həyatlarını məhz öz ölkələrinə qarşı çıxmaq müqabilində aldıqları
pul hesabına təmin etdikləri üçün küçələrə çıxırlar.
3. Müsavat isə bu yolla Avropada anti-Azərbaycan qüvvələrin “hücum
planı”nda yer almaqla payını əldə edir və əzəli rəqibi AXCP ilə pay
uğrunda mübarizə aparır.
Hər şey bir-birinə zəncirvari şəkildə bağlıdır:
Avropada anti-Azərbaycan qüvvələr Bakıya qarşı hücumun təşkili üçün
böyük vəsaitlər ayırır; bu vəsaitlərin bir qismi Azərbaycan
daxilindəki qüvvələrə, digər qismi isə Azərbaycandan Avropaya
gedənlərə verilir; Azərbaycanda siyasi partiyalar (Müsavat və AXCP)
ayrılan vəsaitdən daha çox pay götürmək uğrunda mübarizə aparır və
bunun üçün saxta yolla Avropaya göndərdikləri şəxsləri özlərindən
asılı vəziyyətə salırlar, hər iki cəbhəyə ayrılan pullar eyni
“katyola” axır.
Üçüncü cəbhə isə son dövrlər “söyüş müxalifəti” adı ilə gündəmə
gələn qruplardır. Proseslərin analizi və ortaya çıxan faktlar bu
qruplara hazırda Avropada yaşayan Leyla Yunusun rəhbərlik etdiyini
göstərir. Bu qrupun da payına külli miqdarda pullar düşür. Bu
günlərdə “söyüş müxalifəti”nin üzvləri Məhəmməd Mirzəli ilə Tural
Sadıqlının arasında yaşanan qarşıdurma bütün sirləri ortaya
çıxardı. Məlum oldu ki, Azərbaycana qarşı çıxmaq üçün bu şəxslərə
100 minlərlə avro qrant ayrılır. Məhəmməd Mirzəlinin Tural
Sadıqlının ayrılan qrantdan ən azı 80 min avronu mənimsədiyi, ona
isə cəmi 100 avro göndərdiyi haqqında açıqladığı faktlar isə
anti-Azərbaycan şəbəkəsinin əslində kim olduqlarını və nələrin
uğrunda “mübarizə” apardıqlarını sübut etdi.
Göründüyü kimi, Azərbaycana qarşı bütün bu hücumların arxasında
böyük pullar və onun mənimsənilməsi uğrunda gedən amansız mübarizə
var: kim daha yüksək qışqıracaq, o qədər çox alacaq. Bu qrupların
anti-Azərbaycan qüvvələrin hücum planında yer almaq üçün bir-biri
ilə yarışa girməsinin səbəbi də məhz budur.
Və onlar 73 il sonra Azərbaycana qarşı “nasist
legionerləri” olaraq yenidən hücuma keçiblər…
Asif Nərimanlı
Publika.az
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO