“Konyak diplomatiyası”: ermənilərin Bakıya qarşı sui-qəsd planında kimlər yer alır?
Bizi izləyin

Nida Təhlil

“Konyak diplomatiyası”: ermənilərin Bakıya qarşı sui-qəsd planında kimlər yer alır?

“Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb”.

Prezident İlham Əliyevin yanvarın 11-də keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı səsləndirdiyi bu fikirlər Avropada erməni lobbisinin fəaliyyətini, xüsusilə Azərbaycana qarşı hücumda bütün vasitələrin mübah seçilməsini yenidən gündəmə gətirdi. Azərbaycan liderinin “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar Ermənistandakı biabırçı mənzərəyə niyə göz yumurdular?!” deyə bildirməsi isə beynəlxalq arenada siyasi münasibətlərin geçək üzünü ortaya çıxarır.

Azərbaycan liderinin sözləri Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) bir müddət öncə yayımladığı araşdırmasını yada salır:

“Ermənistanı müdafiə edən bir neçə QHT illər boyunca AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir, lakin Ermənistanın Dağlıq Qarabağı qanunsuz işğalını müdafiə etmək məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib”, – Mərkəzin araşdırmasında deyilir.

40 illik erməni konyakı və ukraynalı deputatı ələ almaq cəhdi

2017-ci ili 24 yanvar tarixində Ukrayna deputatı Vladimir Arev “Facebook”da yazdı ki, son illər bəzi deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət edib. O, AŞPA-dakı üç erməni deputatın adını çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan və Naira Zoqrabyan (Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvləri – red.).

Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxartsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb.

Arev rüşvəti qəbul etmir və bundan sonra təzyiqlər, böhtanlar dövriyyəyə buraxılır. AŞPA-nın 2017-ci il qış sessiyasında ermənilər ədalətli və qərəzsiz ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham etdilər.

Vladimir Arev

Arevlə bağlı məsələ sübut edir ki, AŞPA-da bəzi deputatların qanunsuz işlərlə məşğul olması istisna deyil. Lakin Arevlə bağlı məsələ yalnız aysberqin görünən hissəsidir.

AŞPA-da anti-Azərbaycan əməliyyatları 2012-ci ildə yüksək vəzifəyə yeni təyinatla başlandı. Məruzədə o, “mister X” olaraq adlandırılır. Bu təyinatdan sonra AŞPA-da bəzi şəxslər birləşərək, Azərbaycana qarşı çağırışlar etməyə başladı. Lakin heç bir əsas yox idi və ittihamlar böhtan xarakteri daşıyırdı.

Niyə son illərdə AŞPA-nın bir çox məruzəsi Rusiya, Türkiyə və Azərbaycan maraqlarına qarşı yönəldilib? Niyə bu tənqidlər Corc Sorosun və Ermənistan Fondunun gündəliklərini əks etdirir?

“ONG Monitor”un məlumatına görə, şəffaflıq və azadlıq üzrə ixtisaslaşan QHT-lər Soros Fondunun ayırdığı 4 milyard avro qrantla maliyyələşir və bura “Human Rights Watch”, “Amnesty İnternational”, “Human Rights House Foundation”, “Açıq dialoq”, “Avropa sabitlik təşəbbüsü” (YEİS), “İnsan haqları üzrə Helsinki komitələri” kimi təşkilatlar da daxil olmaqla Avropanın 50 qeyri-hökumət təşkilatı aiddir. Görünür, Soros Fondunun qrantları ilə maliyyələşən bu təşkilatların hər birində şəffaflıq prinsipi pozulub. “Human Rights House Foundation” və YEİS 6 ildir maliyyə mənbələri və xərclər haqda heç bir informasiya vermir.

“Qızılgül inqilabı”, Maydan və Bakıya hücum

2003-cü ildə Gürcüstanda Tiflisdə “qızılgül”, Ukraynada “narıncı inqilab”, daha sonra Maydan hadisələrində Soros Fondu əsas rol oynadı. Məlumatlar sübut edir ki, Corc Soros Ukrayna hadisələrində şəxsən rol oynayıb və o, bu işdə Obama Administrasiyasının üzvləri, həmçinin, Avropadakı dövlətlər və beynəlxalq institutlarla olan əlaqələrindən istifadə edib.

Corc Soros

Obama dönəmində ABŞ Dövlət katibinin müavini olan Viktoriya Nulandın Ukraynadakı ABŞ səfiri Ceffri Payettomla telefon danışığının şifrəsi açılandan sonra təsdiq olundu ki, Ukrayna inqilabına Amerika rəhbərlik edirmiş. Fransanın “Mediapart” saytında dərc olunmuş sənədlər Sorosun Ukrayna hakimiyyətinin ən yüksək eşelonlarına təsirini sübuta yetirir.

Corc Sorosun “şəxsi diplomatiyası” Lozanna konvensiyası ilə qadağan olunub. Həmçinin, ABŞ-ın federasiya qanunları da istənilən Amerika vətəndaşının xarici hökumətlə danışıqlar aparmasını, xarici siyasətə təsir etməsini qadağan edir. Lakin Soros özünü qanundan yüksək tutur. Buna görə də onun çoxsaylı QHT-si Ukrayna böhranında əhəmiyyətli rol oynadı.

Sorosun Ukraynaya təzyiqi yeni hadisə deyil. Onun təşkilatları onilliklər ərzində Bakını ləkələyir, Azərbaycan haqqında yalan informasiyalar yayır, dünyəvi dövləti diktator rejimi kimi təqdim etməyə çalışırdı. 2010-cu ildən etibarən Azərbaycanda insan potensialının inkişafı daim yüksəlir, baxmayaraq ki, Ermənistan işğalı nəticəsində ölkə kütləvi qaçqın problemi ilə üzləşib. Lakin QHT-lər siyasi həbslər haqda bağırır: nə qaçqın problemini, nə də 105 radikalın Suriya və İraqa getməsini xatırlayır. Azərbaycan hakimiyyəti Avropa demokratlarından fərqli olaraq, öz sərhədləri daxilində problemlə mübarizədə tamamilə qanuni və ədalətli addımlar atır.

Azərbaycanı gözdənsalma kampaniyası fonunda Ermənistandakı vəziyyətə göz yumulur və “düşmənimin düşməni, mənim dostumdur” prinsipindən çıxış edirlər. Bu prinsipi 2012-ci ildən başlayaraq, AŞPA-nın boynuna qoymağa çalışırdılar. Soros yalnız Avropa siyasətinə qarışmır, ABŞ-da aktiv oyunçu olmağa davam edir və erməniyönümlü diplomatiyanın irəliləməsi üçün mesenat fəaliyyətindən istifadə edir. Bunun üçün o, İrəvanda “Açıq Cəmiyyət İnstitutu”nun filialını öz erməni diplomatiyasının əsas elementinə çevirdi. Digər tərəfdən, Soros ABŞ-da güclü erməni lobbisinə güvənir, “Azərbaycanın stabilliyini pozmaq üçün Ermənistan tərəfindən oyna” strategiyasını gücləndirir.

AŞPA-da fırtına və “mister X”

2001-ci ilin 25 yanvarında Azərbaycan və Ermənistan AŞPA-nın üzvü oldu. Təəssüf ki, Azərbaycan daim sübutsuz hücumların hədəfinə çevrildi. 2012-ci ildə rəhbərliyə “mister X”-ın gəlişi ilə bu hücumlar gücləndi. (ESISC-in hesabatının tam mətnində “mister X” haqqında daha detalları məlumatlar yer alır – http://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf).

Cerald Knaus


“Avropa sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham edir.

2012-ci ildə “mister X” AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini inkişaf etdirməyə başladı. Knaus YEİS vasitəsilə “kürü diplomatiyası” adlı hesabat dərc edərək, ona maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf var idi: böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı siyasi müharibədə iştirak edəcək deputatların şəbəkəsini formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş üçün Parlament məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki təkcə erməni deputatların dəstəyi bəs etmirdi və daha çox deputat prosesə qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin nümayəndələri olarsa, lap əla olardı. Kristofer Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna nail oldu.

Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O, 2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı qurbanlarını” yad edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl namizəddir.

Kristofer Ştrasser

2016-cı ilin fevralına qədər Ştrasser Almaniya hökumətinin humanitar köməyi üzrə komissar idi. O, bu vəzifədən getdi. Almaniya Xristian-demokrat ittifaqı (XDS) onun fəaliyyətini araşdırmağa başlasa da, bu ona insan hüquqları üzrə komissar olmaq cəhdinə mane olmadı. Bu siyasətçi üçün Ermənistanın qanunsuz işğalı və bir milyon azərbaycanlının hələ də qaçqın vəziyyətdə yaşamasının o qədər də önəmi yoxdur.

Knaus və Ştrasser “siyasi məhbus” məsələsini qaldıraraq Azərbaycana qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi, Ştrasser isə Ermənistanın.

Təbii ki, heç kim Azərbaycanın mükəmməl olduğunu iddia edə bilməz və gənc respublikada problemlərin olduğu faktdır. Lakin Azərbaycana qarşı Ştrasserin qanunsuz hücumlarında Ermənistanın Azərbaycan ərazisini işğal edərək, beynəlxalq hüququ pozması faktı gizlədilir.

Milena Qabanelli


Ştrasser italiyalı jurnalist Milena Qabanelli ilə əməkdaşlıq edirdi. 2016-cı ilin noyabrında Qabanelli İtaliyanın “RAİ3” telekanalında erməni maraqlarının müdafiəsi məqsədilə AŞPA deputatlarını tənqid edən reportaj hazırladı. Milenanın Soros Fondu ilə əlaqələri məlumdur. Misal üçün, 2013-cü ildə Milena Qabanelli İtaliyanın “Tiziano Terziani” ədəbi müsabiqəsinin münsiflər heyətinin üzvü idi. Hansı ki, bu müsabiqədə Corc Sorosun “Avropa və ABŞ-da maliyyə sarsıntıları” kitabı da təqdim edilirdi. Milena həmçinin, Ermənistanın “köhnə dostu”dur. Dağlıq Qarabağ müharibəsi zamanı o, erməni tərəfindən reportajlar hazırlayır, azərbaycanlı qaçqınların taleyindən narahat olmadan, İrəvanın xeyrinə materiallar yayırdı. Bu dəstək onu Ermənistan mediasının ulduzu etdi. Ştrasser Qabanelliyə təkcə kömək etmirdi, o, ukraynalı deputat Vladimir Arevi ələ almağa çalışan erməni deputat Samvel Farmanyanla birgə telereportajda da çıxış edirdi. Bu yaxınlıq olduqca şübhəlidir.

Piter Omtzixt

Niderland siyasətçi Piter Omtzixt 2010-cu ildə AŞPA-da deputat fəaliyyətinə başladı. İlk iki il ərzində o, Ermənistandakı siyasi vəziyyət haqda öz narahatlığını tez-tez dilə gətirirdi. 2012-ci ildə qəfildən əvvəlki bəyanatlarından tamamilə imtina etdi və Azərbaycanı tənqid etməyə başladı. Səbəb nə idi? Bunu aydınlaşdırmaq üçün 2012-ci ildə Niderlandda parlament seçkilərinə baxmaq lazımdır. Omtzxit üzvü olduğu partiyadan çıxarılmışdı, lakin yenə də güclü seçki kampaniyası apardı və səs çoxluğu ilə qalib gəldi. İstisna deyil ki, onun AŞPA-dakı mövqeyinin qəfil dəyişməsi bu seçkilərlə əlaqəlidir. Çünki onun seçki kampaniyasının arxasında erməni lobbisi dayanırdı.

Bununla yanaşı, o, Cerald Knausla münasibətlərini gizlətmir. Omtzixt “kürü diplomatiyası” məruzəsinin ikinci fəslinin tərtib olunmasında Knausla əməkdaşlıq edirdi. Bu işdə Frank Şvab da ona yardımını əsirgəmirdi.

Frank Şvab

Şvab 2011-ci ildə AŞPA-nın üzvü oldu. Həmin vaxtdan etibarən o, SDP-də (Almaniyanın Sosial-Demokrat Partiyası) qalmaq üçün Ştrasserlə öz siyasi baxışlarını uyğunlaşdırırdı. Bu məsələ onu anti-Azərbaycan lobbisi üçün mükəmməl namizəd etdi. Ştrasser və Şvab SDP daxilində “erməni soyqırımı” məsələsini qaldırdı.

Rene Ruke

Anti-Azərbaycan kampaniyasında həmçinin, iki fransız deputat da mühüm rol oynayır. Onlar sosialistlər qrupunun üzvləridir: sədr müavini Rene və Fransa-Ermənistan dostluq qrupunun üzvü Fransua Roşblaun.

Fransua Roşblaun

Roşblaun Ermənistanın işğal etdiyi regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, daha əvvəl qondarma “DQR”-in “prezidenti” Bako Saakyan və “spikeri” Aşot Qulyanla görüşüb.

AŞPA-da kölgə şəbəkəsi Azərbaycana daim hücum edir. Onun taktikası belədir: sıx hücumlar, böhtanlar. Məqsəd Ermənistanın işğalına bəraət qazandırmaqdır. Faktiki olaraq, bu şəbəkə AŞPA-nı etibardan salır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm