Avropa Parlamentindəki iddialar qəbulolunmazdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Avropa Parlamentindəki iddialar qəbulolunmazdır - ŞƏRH

“Məhkəmənin qərarı hər bir Azərbaycan vətəndaşı üçün alidir və hər bir Azərbaycan vətəndaşı məhkəmənin qərarlarına hörmətlə yanaşmalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələri və qəbul olunmuş qərəzli qətnaməni şərh edən V.Rəhimzadə bildirib ki, bu, ölkəmizə qarşı ədalətsizlikdir:

“Əvvəla Avropa Parlamentinin ətrafında olan ölkələrə və həmin ölkələrdəki insan haqlarına nəzər salmaq lazımdır. Azərbaycana qarşı qərəzli və eyni zamanda, anti-Azərbaycan qüvvələrinin, erməni lobbisinin alətinə çevrilmiş bir qrup insan tərəfindən haqsız şəkildə qəbul edilib. Bu qərəz bu günün, dünənin məsələsi deyil. Dəfələrlə belə halların şahidi olmuşuq. I Avropa Oyunları zamanı da Azərbaycana qarşı çirkin, böhtan xarakterli fikirlər səsləndirilmişdi. Düşünürəm ki, bu cəhdlər Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçündür. Ancaq təbii ki, əbəs yerədir. Azərbaycan öz qətiyyətli mövqeyi ilə irəliləyir. Eyni zamanda, bəzi şəxslərin azadlığa buraxılması məsələsi də qaldırılıb. Bildirmək istəyirəm ki, Azərbaycan demokratik, hüquqi dövlətdir. Heç kim hansısa dövlətin, eyni zamanda, bizim daxili işimizə qarışmağa haqqı yoxdur. Azərbaycan qanunlar çərçivəsində törətdiyi cinayətə görə həmin şəxsləri cəzalandırıb. Onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarı hər bir Azərbaycan vətəndaşı üçün alidir və hər bir Azərbaycan vətəndaşı məhkəmənin qərarlarına hörmətlə yanaşmalıdır. Avropa Parlamentindəki həmin iddialar qəbulolunmazdır. Biz onların da ölkəsində insanlara qarşı törədilən amansızlıqlar, kəskin rəftarların da şahidi olmuşuq. Almaniya, Fransa və bu kimi digər ölkələrdə nümayişçilərə qarşı təhlükəsizlik qüvvələrinin münasibətini özlərinə göstərmək lazımdır. Öz gözlərində tiri görməyənlər başqa gözdə qıl axtarır. Bu qərar tam ədalətsizdir və erməni lobbisinə xidmət edən göstərən insanlar tərəfindən irəli sürülərək qəbul edilib. Bu sifarişi kim veribsə, şübhəsiz ki, muzd qarşılığında verib.

Azərbaycan düzgün mövqedədir. Ölkəmiz inkişaf etdikcə belə hallar olacaq. Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqe, böhtan, yalan fikirlər hər zaman səsləndirilir. Ölkəmiz güclü xarici siyasət yürüdür. Uğurlu daxili siyasəti var. Hesab edirəm ki, bu siyasət kimi qıcıqlandırır, narahat edirsə, onlar da bu cür reaksiya verirlər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm