Nida Təhlil
“Qərb cəbhəsində yenilik yoxdur”
“Qərb cəbhəsində yenilik yoxdur”. Son günlər Avropada
bəlli dairələrin Azərbaycan üzərinə hücuma keçməsi və bu
kampaniyanın məntiqi sonluğu olan Milli Şuranın keçirdiyi mitinqin
ümumi mənzərəsi Remarkın bu adlı əsərini xatırladır.
Müxalifətin “bu mitinqdən sonra hər şey dəyişəcək” çağırışı ilə
aylardır hazırlaşdığı aksiya baş tutdu, lakin cəmi 2800 nəfərin
iştirak etdiyi mitinq həm də siyasi opponent olmağa iddia edənlərin
növbəti biabırçılığının baş tutması idi. Təsəvvür edin, tribunada
10-ya yaxın şəxs çıxış edir və onların xitab etdiyi kütlə heç 3
minə çatmır. Riyazi hesablamada hər çıxışçıya cəmi 280 tərəfdar
düşür, siyasi hesablamada bu, müxalifətin 280 tərəfdarla
hakimiyyətə iddia etməsi deməkdir. Çünki məsələ siyasi ambisiyalar
olanda müxalifətin parçalanması artıq aksiomaya çevrilib. Hərçənd,
mitinqdə müşahidə olunanlar və real mənzərə Azərbaycan müxalifətini
nə riyazi, nə də siyasi hesablamanın xilas etməyəcəyini
təsdiqlədi.
“Aysel Rzayev ananız sizi tribunada gözləyir”.
Mitinqdə yadda qalan və bəlkə də mövcud müxalifətin siyasi
gündəliyinə yazılacaq yeganə məqam tribunada moderatorluq edən
şəxsin itmiş qızı mikrofonla təlaşlı axtarışı idi, “O qızı tapın”,
bu çağırışda müxalifətin yox olmaqdan xilas olmaq üçün illərdir
apardığı təlaşlı axtarışları da siyasi-fəlsəfi formada öz əksini
tapır. Halbuki, onları heç nə və heç kəs xilas edə bilməyəcək,
mitinq bunu bir daha sübut etdi:
– Zəif təşkilatçılıq, iştirakçıların dağınıq formada
stadionda gəzişməsi (bu, həm də mitinqə qatılanların sayını çox
göstərmək taktikasıdır);
– Cəmi 2800 nəfər tərəfdarın olması (bu ümumi saydır, mitinqi
işıqlandırmaq üçün gələn jurnalistləri, o cümlədən, azyaşlı
uşaqları nəzərə alanda rəqəm ciddi şəkildə azalır);
– İctimaiyyətin tanıdığı, hörmət etdiyi heç bir ziyalının mitinqə
qatılmaması;
– 25 ildir “astarı üzünə çıxmış” şüarlar və heç vaxt
gerçəkləşməyən, reallıq hissindən uzaq vədlər;
– İllərdir davam edən və heç vaxt sübut olunmayan əsassız
ittihamlar;
– İki onillikdir tribunaya çıxan eyni adamlar;
– Gündəlik həyatda bir-birinə salam belə verməyən, bir-birini
fürsət düşdükcə ittiham edən şəxslərin tribunadan görünən
“həmrəyliyi”;
Və ən eybəcəri də odur ki, yenilənməyən müxalifət yenilik tələb
edir və bununla fəaliyyətində nə qədər səmimi olduğunu da göstərir.
Məhz buna görə Azərbaycan ictimaiyyəti mitinqə dəstək vermədi,
cəmiyyət üçün bu aksiya heç də maraqlı deyildi.
Mitinqdə diqqət çəkən və Azərbaycan müxalifətinin düşdüyü vəziyyəti
real şəkildə göstərən məqam isə AXCP sədri Əli Kərimlinin digər
partiya və QHT-lərin aksiyada iştirakına rəğmən, özünü müxalifətin
lideri kimi təqdim etməsi oldu. Əslində bu müxalifətdaxili
qarşıdurma fonunda Əli Kərimlinin növbəti “tək lider” gedişi idi və
o, bununla həm digər siyasi partiyalara, həm də Qərb dairələrinə
“əzələ nümayişi” göstərdi. İllərin siyasi təcrübəsi də nə iqtidarla
normal danışıqları, nə də müxalifətdə konstruktiv münasibətləri
qəbul etməyən AXCP sədrinin bu gedişinin nəyə hesablandığını
təsəvvür etməyə imkan verir. Çünki bu şəxsin özündən başqa heç bir
partiya liderini qəbul etmədiyi Azərbaycan müxalifətinin siyasi
ədəbiyyatında “qızıl hərflərlə” yazılıb:
“Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar
qulluqçulardır. Qulluqçularla davranmaq onun üçün o səbəbdən asan
idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul
edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya
bilirdi”.
Markesin “Patriarxın payızı” romanında yazdığı bu cümlələr Əli
Kərimlinin siyasi psixologiyasını olduqca dəqiq ifadə edir. O,
illərdir əzdiyi cəbhəçini yaxşı tanıyır, onu şantajla idarə etməyi
yaxşı anlayır və daim onlardan qəbul etdiyi təriflərlə yaşayır.
Azərbaycan müxalifətində vəziyyət 25 ildir belə davam edir və belə
də başa çatacaq. Bu gün keçirilən mitinq bunu dönə-dönə
təsdiqlədi.
Təsdiqlədi ki, təqvimdən başqa heç nə dəyişmir və “Qərb cəbhəsində
yenilik yoxdur!”.
Asif Nərimanlı
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO